Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


03.02.2017  12:22 

İcra hakimiyyəti gözdən əlilləri «gözümçıxdıya» salıb - Mənzillər rüşvətlə satılır ...





A+  A-


Nərimanovda prezidentin sərəncamı ilə tikilən binada mənzillər rüşvətlə satılıb Səlimovlar ailəsinin şikayətlərinə baxılmır, onlar dövlət qurumlarının qarşısında etiraz aksiyaları keçirəcəklər

Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün inşa olunmuş bina ətrafındakı maxinasiyalardan narahat olan II qrup əlil Rəşad Səlimli və onun anası Yeganə Səlimova dünən mətbuat konfransı keçiriblər. İcra hakimiyyəti gözdən əlilləri «gözümçıxdıya» salıb

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü olduğunu deyən R.Səlimli bildirib ki, 2012-ci ildən güzəştli mənzil növbəsindədir. Nərimanov rayonunda gözdən əlillər üçün 132 mənzilli yaşayış binası istifadəyə verilib.

O, davamlı olaraq onun növbəsinin geriyə salınmasından şikayət edir, gözdən əlilliyi olmayan şəxslərə həmin binadan mənzil verildiyini iddia edib. Rəşad Səlilmi II qrup əlil, bacısı Aysel Səlimli isə I qrup əlil olduqları halda, illərdir Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 6, mənzil 15 ünvanında kirayədə qalırlar. Onların anası Yeganə Səlimovanın dövlət qurumlarına müraciətləri nəticə vermir.

“İki xəstə uşağım var. Onların müalicəsi üçün 1998-ci ildə evimi satdım. Elə o vaxtdandır kirayədə qalıram. Qızım Aysel birinci qrup gözdən əlil, oğlum Rəşad isə ikinci qrup gözdən əlildir. Qanuna görə, ailədə iki və ya daha çox əlil varsa, o ailə qeyd-şərtsiz mənzillə təmin olunmalıdır. Biz 2002-ci ildən dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə gedib, krayələrdə qaldığımızı, mənzilə ehtiyacımızın olduğunu bildirmişik.

Yalnız 2012-ci ildə bizi qeydiyyata aldılar. Uşaqlıqdan “qara su” xəstəliyi olan Rəşad Səlimli Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəsmi üzvüdür, vəsiqəsi də var. Lakin bu illərdə nə Cəmiyyətdən, nə də rayon icra hakimiyyətindən fayda görməyib. Biz əvvəlcə mənzil növbəsində 181-ci idik, sonra hər dəfə 1 pillə olmaqla dala saldılar. Son dəfə Rəşadın adının siyahıda 185-ci pillədə görəndə rayon icra hakimiyyətinə getdim. Tələb etdim ki, bu “geriləməni” dayandırsınlar”,-deyə Yeganə Səlimova bildirdi. 

Rəşad Səlimli deyir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin I qrup əlil adıyla növbədə qabağa yazdıqları arasında elə adamlar var ki, maşın sürürlər: “1-ci qrup gözdən əlil olan adam təmiz kor olmalıdır, o, necə maşın sürür? Çox oyunlar gedib bu işlərdə.

Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, müavini Şahmar Ibadov və Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev prezidentin 16 fevral 2011-ci il tarixli 386 saylı, 16 mart 2015-ci il tarixli 484 saylı sərəncamlarına və Mənzil Məcəlləsinin 56-cı maddəsinə zidd hərəkətlər edirlər.

Abdin Fərzəliyev indiyə kimi məni bir vətəndaş kimi qəbul etmir və problemimi həll etmək istəmir. Bu şəxslərin qanunsuz hərəkətləri barədə Yasamal və Nərimanov rayon prokurorluqlarına müraciət etmişəm”.

İnsan və mülkiyyət hüquqlarının pozulduğunu deyən Rəşad Səlimli və onun anası Yeganə Səlimova bildirir ki, onlar hüquqi mübarizələrini davam etdirəcəklər: “Hazırda şikayətimiz əsasında Baş prokurorluqda araşdırma aparılır. Biz ümid edirik ki, bu işin araşdırılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə ediləcək. Cinayət işi açılacaq. Biz müraciətimizdə təkcə rüşvət almaq faktını deyil, dələduzluğun olduğunu da yazmışıq”. Səlimov ailəsi hüquqi mübarizə ilə yanaşı müvafiq dövlət qurumlarının qarşısında etiraz aksiyası keçirəcəklərini də deyirlər.

(siam.az)



Xəbər 1981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +