Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?





A+  A-

Həyatımızda təhlükəli bir hadisə ilə qarşılaşdığımız an ilk ağlımıza gələn polis olur.

Şübhəsiz ki, buna əsas verən “Polis haqqında” qanundur. Bu qanunda polisin təyinatı və vəzifələri ətraflı qeyd edilir. Polisin təyinatı ilk növbədə insanların həyat və sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini, mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir.

“Polis haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək polis əməkdaşının başlıca vəzifələrindən biridir.

Amma çox təəssüf ki, bəzi hallarda polisin öz vəzifə səlahiyyətlərindən kənaraçıxma halları ilə qarşılaşdığımız məqamlar da olur. Bu zaman heç şübhəsiz, insanlarda ümidsizlik hissi önə keçir və vətəndaş haqlı olaraq belə qənatə gəlir ki, polis onu yox, onun haqqına girən cinayətkarları himayə edir.

Ötən il Cənub bölgəsindən olan bir qrup sakin videomüraciətlə müvafiq dövlət orqanlarına şikayət edir və bu, Reallıq Tv, Kanal 24 Tv, həmçinin sosial şəbəkələrdə geniş yayımlanır. Ölkə ictimaiyyəti Lənkəran r. Zövlə kənd sakini Tələt Novruz oğlu Cabbarov adlı yeni ismlə daha əhatəli tanış olur. Burada açıq şəkildə vurğulanır ki, dələduzluq əməli ilə məşğul olan bu şəxsi polis (Lənkəran RPİ-nin yüksək çinli məmuru) himayə edir.

Videomüraciətdən və bizim bununla bağlı araşdırmalarımızdan aydın olur ki, polisin himayə etdiyi iddia olunan T.Cabbarovun demək olar, törətmədiyi dələduzluq hadisəsi (cinayəti) qalmayıb. Amma haqqında kifayət qədər dələduzluq faktının ortalıqda olmasına rəğmən, ona bugünədək “gözün üstə qaşın var” deyən olmayıb. Həmin faklardan bir neçəsi ilə tanış olaq.

Masallı r. Boradigah qəsəbə sakini, fərdi fermer təsərrüfatı ilə məşğul olan Elgün Ağasadıq oğlu Hüseynovun etibarından sui-istifadə edərək, 12.04.2018-ci tarixdə 23 100 (iyirmi üç min yüz) AZN dəyərində 12 baş ətlik üçün nəzərdə tutulmuş iribuynuzlu mal-qarasını (qısa bir zamanda pulunu ödəyəcəyi şərtilə) aparmışdır. E.Hüseynov dəfələrlə borcunun ödənilməsini ondan tələb etsə də, müxtəlif bəhanələr gətirərək həmin məbləği ödəməkdən boyun qaçırır. E.Hüseynovun atası Ağasadıq Hüseynov ilk olaraq T.Cabbarovun dələduzluq əməlindən Masallı RPİ-nə şikayət edir. Lakin Masallı RPİ TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Talıbov əsas şahidləri dindirmədən T.Cabbarovun əməlində aşkar dələduzluq faktını “görmür” və “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edir. Bu qərarın ləğv edilməsi və təkrar ədalətli təhqiqat işinin aparılması ümidilə, A.Hüseynov Masallı r. prokrurorluğuna müraciət ünvanlayır. 20.05.2020-ci il tarixdə Masallı r. prokurorluğu Masallı RPİ-də toplanmış HK-1/383 nömrəli materialı, yəni “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli qərarı ləğv edib, əlavə araşdırılma aparılması üçün geri göndərir. Bu dəfə Masallı RPİ susmağa, rayon prokurorluğu isə qəbul etdiyi qərarın sonluğu ilə maraqlanmamağa üstünlük verir.

Daha sonra A.Hüseynov, həmçinin, oğlu E.Hüseynov ayrı-ayrılıqda DİN nazirinə, Baş prokurora müraciət ünvanlayırlar, lakin cinayət faktı ortalıqda ola-ola onlara işin mülki xarakterli olduğu önə çəkilərək, məhkəməyə müraciət olunması tövsiyə edilir... Halbuki, işin mahiyyəti ilə ətraflı tanış olduqdan sonra aydın olur ki, T.Cabbarovun əmələində AR Cinayət məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş aşkar dələduzluq faktı vardır və bu, inkaredilməzdir.

Diqqət edin, Lənkəran r. Separadi kənd sakini Əliyev Qədim Zeyin oğlundan 900 (doqquz yüz), Masallı r. Ərkivan kənd sakini Nəzərov Amil Mehman oğlundan 5300 (beş min üç yüz), Masallı r. Məmmədoba kənd sakini Ağayev Bəxtiyar Allahyar oğlundan 5600 (beş min altı yüz), Lənkəran rayonunun Xarxatan kənd sakini Cavadov Natiq Məhərrəm oğlundan 1700 (min yeddi yüz) AZN məbləğində iribuynuzlu heyvan alıb pullarını qaytarmamışdır... Bu şəxslərin hər biri ayrı-ayrılıqda Lənkəran RPİ-nə şikayət etsələr də, onlara rədd cavabı verilmişdir.

Bu siyahı heç də son deyil. Onun girovuna çevrilənlərin bir neçəsi isə, artıq ümidsizləşib usandıqlarını açıq şəkildə bəyan edirlər.

T.Cabbarov öz “rəqiblərini” susdurmaqdan ötrü özünəməxsus üslubdan da istifadə etməyi ustalıqla bacarır. Diqqət edin, zərərçəkən Bəxtiyar Ağayevin DİN-in “102” xidmətinə zəng vurmasından sonra başı möhkəm “ağrımalı” olur - Lənkəran RPİ-yə çağırılaraq, ondan əks tərəfin ailəsinə qarşı “nalayiq” hərəkətlər etməsinin “səbəbləri” soruşulur...

Eyni aqibəti Masallı r. Hişkədərə kənd sakini, Boradigah qəsəbə orta məktəbində dərs deyən Elman müəllim də yaşamalı olur. O, T.Cabbarovun əməlindən (qardaşının etibarından sui-istifadə edərək, vurduğu ziyanı ödəməkdən yayınması ilə bağlı) polisə şikayət etməsinə necə “peşman” edilirsə, sonradan bu mövzuya bir daha qayıtmır və iddiasından geri çəkilir. (T.Cabbarov Lənkəran RPİ-yə şikayət edir ki, Elman müəllim onun yaşadığı ünvana gələrək, guya ailəsinə qarşı ədəbsiz ifadələr... işlədib). Yenə də eyni ssenari.

Boradigah qəs. sakini Füzuli Əzizulla oğlu Nağıyev 2017-ci ilin mart ayında T.Cabbarovun “ovuna” çevrilir. F.Nağıyev ötən il dünyasını dəyişsə də, ailə üzvləri bugünədək 600 (altı yüz) AZN-i ondan ala bilməyib.

Bu kimi faktlar kifayət qədərdir, biz sadəcə bir neçəsini xatırlatdıq. Burada dələduzluq əməli şübhə doğurmayan bir şəxsin əməlində cinayət tərkibinin diqqətdən “qaçırılması” və bugünədək bunun mülki iş kimi dəyərləndirilməsi təəccüb və təəssüf hissi yaratmaya bilməz.

Dələduzluq cinayəti dedikdə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə faktı nəzərdə tutulur. AR CPM-nin 86-cı maddəsinə görə, cinayət təqibini həyata keçirərkən polis təhqiqatçısı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanıb, zəruri prosessual qərarlar qəbul edir, öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Eyni zamanda, daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirməlidir.

Amma təəssüf ki, hansı səbəblərdənsə T.Cabbarovun əməlində dələduzluq faktı “aşkar” edilmir. Masallı və Lənkəran rayon polis idarələri ayrı-ayrılıqda “Cinayət işi başlanması haqqında” deyil, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etməklə, T.Cabbarova daha geniş fürsət vermiş olurlar. O, da bu fürsəti dəyərləndirib, 21 iyul 2023-cü il tarixdə Eldar Həsənov, Elgün Hüseynov və Amil Nəzərov tərəfindən guya ölümlə hədələndiyini əsas göstərərək, barələrində qanuni tədbir görülməsini Lənkəran RPİ-dən xahiş edir. O, şikayətində bildirir ki, bu şəxslər yaşadığı ünvana gələrək, onu ölümlə hədələmişdir. Lənkəran RPİ-nin baş təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyli icraatında olan təhqiqat materialarını araşdırıb, 30 iyul 2023-cü il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edir. Burada onu xüsusi olaraq vurğulamaq istərdik ki, M.Şahbazbəyli təhqiqat aparakən, ölümlə “hədələnən” T.Cabbarovun həyat yoldaşının izahatını almadan cinayət faktı olmadığı nəticəsinə gəlib, qərar vermişdir.

Əslində, onun bu əməli, yəni bilə-bilə yalandan polisə şikayət verməyin özü birbaşa cinayət faktı kimi qiymətləndirilməli idi. Təəssüf ki, bu dəfə də T.Cabbarovun “bəxti” gətirir...

2023-cü ilin avqust ayında Elgün Hüseynov Tələt Cabbarovla bağlı təkrar Lənkəran r. RPİ-nə və prokurorluğuna şikayət ərizəsi ilə müraciət edir. Lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq, adıçəkilən dövlət qurumlarının susqunluğu davam etməkdədir.

Bütün baş verənləri ümumiləşdirərkən bu qənaətə gəlinir ki, əməlində dələduzluq faktı aşkar görünən T.Cabbarov gerçəkdən də yüksək səviyyədə himayə olunur, əks halda o, bu qədər “uzağa” gedə bilməzdi. Biz, bunu iddia etməsək də, hər halda ortalıqda olan təkzibedilməz faktlar bunu belə deməyə əsas verir. Bu kimi halların baş verməsi heç şübhəsiz ki, vətəndaşın öz dövlətinə - onun bütün sütunlarına olan etimadını itirir. Bu, olduqca təhlükəli tendensiyadır və təbii ki, dölətin təhlükəsizliyinə açıq şəkildə vurulan zərbədir. Əslində, bu kimi işlərlə həm də DTX və həm də daha ciddi şəkildə maraqlanmalıdır.

İlhamə Səmədova
Hüquqşünas




Xəbər 5066 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +