Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı


09.03.2021  16:03 

Ombudsman hərbçilər üçün bu güzəştləri təklif edir





A+  A-

Ombudsman hərbçilər üçün müavinətlərin artırılması, mənzil şəraitinin yaxşılaşdırılması və digər güzəştləri nəzərdə tutulan təkliflər irəli sürüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə qeyd edilib ki, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil hüququnun təmin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) Konstitusiyanın 9-cu maddəsinin I hissəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Prezidentin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişikliklər edilsin.

Bundan başqa aşağıdakı məsələlər təklif edilir:

Güzəştli şərtlərlə mənzil əldə etmiş (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilmiş, lakin sonradan xidmət yeri dəyişdirilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiya məbləğinin müəyyən edilməsi;

Həqiqi hərbi xidmətdə olan, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılması;

Yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləğinin artırılması;

Yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nəqliyyat xərclərinin müəyyən edilməsi.

Xəbər 3418 dəfə oxunub.




17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +