Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


16.10.2025  10:09 

Mənə hədə-qorxu gəlirlər - Qarabağ əlili





A+  A-

Birinci qrup Qarabağ əlili ona məxsus obyektin ərazisindən yol salındığını iddia edib.

XəzərNews.az xəbər verir ki, şikayətçi Nahid Əliyev Baku TV-yə müsahibəsində iddia edib ki, onun torpağı əlindən alınıb.

“1999-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə mənə obyekt verildi. 2008-ci ildə Xətai Rayon İcra Hakimiyyətindən gəlib mənim obyektimi sökdülər. Dedilər ki, başqa ərazidən yer verəcəklər. Yer vermədilər. Birinci qrup Qarabağ əliliyəm, bir ayağım və bir gözüm yoxdur. Dəfələrlə İcra Hakimiyyətinə getməyimə baxmayaraq, icra başçısı məni qəbul etməyib. Hər dəfə gedəndə İcra Hakimiyyətinin qarşısında üstümə polis göndərirlər. Mənə hədə-qorxu gəlirlər. Deyirlər ki, kompensasiya almısan. Əgər kompensasiya almışamsa, mənə yazılı sənəd versinlər. Mənim xəbərim, imzam olmadan heç kim pulumu ala bilməz”, - Nahid Əliyev iddiasında bildirib.

Məsələyə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov münasibət bildirib:

“Nahid, demək olar ki, hər gün bizim yanımızdadır. Hər gün rəhbərliklə də, bizimlə də görüşür. Torpaqla bağlı məsələyə gəldikdə, biz dəfələrlə ona demişik ki, o torpağın ayrılması barədə sərəncamı bizə göstər. Yerini göstər, bir sənəd göstər, biz onun əsasında təhlil aparaq, araşdıraq və kömək edək. Bu gün də onunla görüşdüm, dedim ki, o sənədləri bizə ver”.



Xəbər 3287 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +