Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


16.02.2022  20:08 

AZAL milli fəlakətə çevrilib... - Qardaş ölkəyə İrəvandan, yoxsa Bakıdan gedək?





A+  A-

AZAL biletlər üçün o qədər böyük qiymət müəyyənləşdirib ki, xeyli səyahətsevər arzusunun üzərindən xətt çəkməli olur. Adicə Türkiyəyə uçmaq problemə çevrilib. Qiymətin bahalığından söz açanda AZAL dərhal “Buta Airways” ilə 29 avroya səfər həyata keçirmək imkanını ortaya atır. Halbuki həmin biletləri yalnız kampaniyanın ilk saatlarında əldə etmək olur. Sonradan ucuz biletlər yoxa çıxır.

Beləcə, Türkiyəyə birtərəfli uçuş təxminən 200-250 manata başa gəlir.

Səyahətsevərlər AZAL-ın inhisarından yan ötmək üçün alternativ yollar barədə düşünür.

Buna görə hətta 46-47 saat yol getmək məcburiyyəti yaranır. Sosial mediadakı səyahət qruplarında insanlar uzun-uzadı ucuz variantları müzakirə edir. Oxuyanda adamı dəhşət bürüyür. Təsəvvür edin, İstanbula bir az sərfəli şərtlərlə gedib çıxmaq üçün nə qədər əziyyətə qatlaşırlar. İnsanların çarəsi kəsilib. Yoxsa heç kim kefindən Qars-Ankara avtobusunda 26 saat keçirməz.

Hansıdır alternativ yollar? İstənilən halda əvvəlcə Bakıdan Naxçıvana 50 manata uçmaq. Düzdür, yazılanlardan belə məlum olur ki, 30 manata avtobusla da getmək mümkündür. Onda yolda ümumilikdə üç sutka keçirmək lazım gələcək. Ən yaxşısı Naxçıvana təyyarə ilə getməkdir. Onsuz da sonradan avtobusa çox minmək zərurəti yaranacaq.

Naxçıvanda İğdıra avtobus 3 saatdan tez çatır. Cəmi 6 manat xərc çıxır. İğdırdan Qarsa avtobus da təxminən bu qiymətə aparır. Sonra Ankaraya 10 manata getmək olar.

Yuxarıda yazdığımız kimi, gərək 26 saat avtobusda getmək məşəqqətinə qatlaşasınız. Paytaxtdan İstanbula isə sizi nəqliyyat vasitəsi 4 saata çatdıracaq. Burada 15 manat xərcləməyə ehtiyac olur. Belə variantda 87 manatınız çıxır. Xərcin 67 manat olması üçün Naxçıvana avtobusla getmək lazımdır.



Rəyləri oxuyursan, insanlar nə qədər narazıdır. Niyə bir azərbaycanlı 20 manat az xərc çıxması üçün ölkənin daxilində 12 saat avtobusla getməyə məcbur olsun ki?! AZAL prezidenti Cahangir Əsgərovu dindirsəniz, "qardaş Türkiyə" deyib elə car çəkəcək ki, tükləriniz biz-biz olacaq. Amma "qardaş"ın evinə 250 manatdan ucuz aparmır. Bir Ermənistan sakini isə aşağı-yuxarı 87 manata rahatca özünü İstanbula yetirə bilər. Düzü, başa düşmək olmur kim kimin qardaşıdır...

Bizim səyahətsevərlər Bakıdan Naxçıvana qədər 12, Qarsdan Ankarayadək 26 saat yol getmək gerçəyi ilə üz-üzə qalır. Hələ bu halda da 46-47 saata İstanbula çatmaq olmur. Çünki sərhəd məntəqələrində əlavə yubanmalar qeydə alınır. İndi görün, insanlar AZAL-ın inhisarından yan ötmək üçün hansı əziyyəti gözə alır. Ölkə vətındaşına necə böyük ədalətsizlik edildiyini təsvir etməyə daha söz də aciz qalıb./Bizimyol.info

Xəbər 3023 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +