Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


02.02.2021  17:11 

Azad olunmuş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə veriləcək





A+  A-

“İşğaldan azad edilmiş regionlarımızda zəngin faydalı qazıntı yataqları aşkar edilərək istifadəyə veriləcək”.
XəzərNews.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

“Real sosial-iqtisadi və siyasi dəyişikliklər bizi geoloji kəşfiyyat işlərinin strateji planı və prioritetlərində bir sıra ciddi düzəlişlər etməyə məcbur edib. Bura işğaldan azad edilmiş regionlarımızda zəngin faydalı qazıntı yataqları, yeraltı su ehtiyatlarının axtarışı daxildir. Bizim əsas prioritetlərimiz işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqi, yenidən qiymətləndirilməsi və xalqımızın istifadəsinə verilməsi olacaq”.

Xidmət rəisi bildirib ki, Kəlbəcər rayonu ərazisində kəşf olunan faydalı qazıntı yataqların istismarı ön plandadır. Artıq bununla bağlı ilkin mərhələyə başlanılıb: “Biz əvvəlcə bu yataqların diaqnostikasını aparmalıyıq. Sonra onların effektivlik və önəmlilik dərəcəsinə görə istismarı nəzərdə tutulur. Paralel olaraq yataqların istismarı və minerallaşma zonalarında dəqiq axtarış işlərinin aparılması planlaşdırılır”.

Ə. Əliyevin sözlərinə görə, Qarabağ bölgəsində 167 faydalı qazıntı yatağı var və həmin yataqlar 1993-cü ilə qədər kəşf edilərək dövlət və sahə balanslarına daxil edilib. Lakin bu say son hədd deyil: “Bu regionda 500-dən artıq yatağın artıq formalaşmasına və ehtiyatlarının hesablanmasına imkanlar var. Çünki bu ərazidə minerallaşma, filizləşmə zonaları var. Zaman-zaman onların axtarış-qiymətləndirmə və kəşfiyyatı yerinə yetirilməklə ehtiyatlarının hesablanacaq. Əsas yataqlardan “Söyüdlü” qızıl-sulfid yatağı, “Qızılbulaq” qızıl yatağı, “Dəmirli” mis yatağı və “Vejnəli” qızıl yatağının adını çəkmək olar”.

Xidmət rəisi həmçinin əlavə edib ki, Kəlbəcər rayonunun ərazisi termal sularla zəngindir.

Xəbər 3912 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +