“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı


18.08.2017  09:07 

Uşaq kanalı ilə bağlı yeni təşəbbüs





A+  A-

"Azəbaycan kimi ərazisi kiçik olan, əhalisinin sayı çox olmayan ölkələrdə sahə xarakterli televiziya kanallarının açılması məqsədəuyğun deyil".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, Azərbaycanda uşaq kanalının açılması ilə bağlı müzakirələr gedirdi, hətta Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə bir təkliflə çıxış etmişdi:

"Amma hesab edirik ki, bunun üçün mövcud televiziya kanallarının potensialından istifadə etmək daha doğru olardı. Uşaqlarla bağlı ayrı televiziya kanalının yaradılması böyük maliyyə vəsaiti tələb edir. Bilirsiniz ki, Azərbaycanda mədəniyyət kanalı, idman kanalı açılıb, yəni bu, Azərbaycan dövlətinin bu sahələrə verdiyi xüsusi diqqətdir. Əgər Azərbaycan dövləti uşaq televiziyası ilə bağlı maliyyə məsələsini öhdəsinə götürərsə, bu məsələyə baxıla bilər".

N.Məhərrəmlinin sözlərinə görə, MTRŞ çalışır ki, Azərbaycanda uşaqların mənafeyinə uyğun verilişlərin sayı çoxalsın, cizgi filimlərinin sayı artsın: "Hətta bununla bağlı bir neçə dəfə müraciətlər etmişik. Azərbaycanda bölgə kanalı kimi "ARB Günəş" adında kanal son zamanlar öz funksiyasını dəyişərək uşaqlarla bağlı verilişlər hazırlayan bir kanala çevrilib. Hətta biz onun yayımını kabel şəbəkələrinə də keçirtdik ki, Azərbaycanda uşaqlar bu kanala baxa bilsinlər".

Xəbər 2618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +