Biləcəridə ağır yol qəzası baş verib - VİDEO
Fransa və Azərbaycan diplomatları Bakıda görüşdü
“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində


19.07.2017  15:08 

Pivə içən “molla” təxribatçı imiş





A+  A-

Sosial şəbəkələrdə başı papaqlı, cibində təsbeh olan din xadiminin spirtli içki - pivə içdiyi yerdə çəkilmiş fotosunun paylaşımı ciddi müzakirələrə səbəb olub. Əksəriyyət soruşur: dini rituallara “sidq ürəklə” əməl edən bu kəs necə spirtli içki içə bilir?! Bu dini qaydalara zidd deyilmi?
Şəklin harda, nə vaxt çəkildiyi, pivə içən şəxsin gerçəkdə mola olduğu, onun kimliyi bəlli deyil. Amma bu şəkil müzakirələrə qoşulanların əlinə din xadimlərini asıb-kəsmək üçün yaxşı şans verdiyini vurğulamaq olar.. Hətta onun şəninə "Vur getsin molla əmi, vur bədənə,
Rəhmət olsun səni qoyub gedənə..." rədifli şeir də qoşanlar var...

“Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli deyib ki, din xadiminin bu formada görüntülənməsi məsələsində təxribat əməli ola bilər.

“Sosial şəbəkələrdə insanlar istənilən addımı ata bilirlər. Ona görə də belə təqdimatlar çox vaxt doğru olmur. Burda təxribat əməli də ola bilər. Çünki hansısa din adamı əlində içki şüşəsi belə işlərlə məşğul olmaz. Dini gözdən salmaq üçün bəzi insanlar müxtəlif vasitələrə əl ata bilərlər. Ona görə də bu, növbəti addım ola bilər. Aydın məsələdir ki, dinimiz bu əməllərə yol vermir deyə hansısa din xadimi İslamın qadağan etdiyi bir əməli nümayiş etdirməz və etdirməməlidir. Bu tip insanların çox zaman dinə aidiyyatı olmur”.

Hacı Şahin Həsənlinin sözlərinə görə belə məsələlər QMİ-də araşdırılmır.

“Həmçinin, bu cür hallara QMİ-də önəm verilmir. Çünki sosial şəbəkələrdə insanlar istədiyi şeyləri yayırlar. Hansısa bir yerdə tanınmış din xadimi belə bir əməl etməz. Bunu din adamına təxribat kimi də qiymətləndirmək olar. Bəzən hansısa formada dindarları məsxərəyə qoymaq, gülüş obyektinə çevirmək üçün bunu edirlər. Yaxud da dini gözdə salmaq üçün bunu edə bilərlər. Belə insanlar QMİ tərəfindən araşdırılmır. Çünki onların bizim quruma heç bir aiddiyyatı yoxdur”.

QMİ rəsmisi deyir ki, bu vaxtda qədər belə dindarlarla bağlı quruma şikayət daxil olmayıb.

“Bu vaxta qədər QMİ-yə bu cür “mollalar”la bağlı şikayətlər daxil olmayıb. Yəni hansısa mollanın dini ritualları pozması barədə bizdə fakt yoxdur. Belə hallar olarsa, deməli, onlar din xadimi deyil”

(modern.az)

Xəbər 3006 dəfə oxunub.




04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +