Tramp Makronu qarşılamağa ÇIXMADI -VIDEO
XİN-dən Fransa səfirinə CAVAB
Dilan Çıtak ilə Levent Dörter boşanır?
Zelenski Aİ ölkələrini Rusiyaya qarşı birləşməyə çağırdı
Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirək - Nauseda
Türk dilində kitab payladığı üçün HƏBS EDİLDİ
Bu qurum aldığı zibil qablarının pulunu ödəmir
Türk iş adamı 20 min manat cərimələndi
İranlı ekspert yenə SƏRSƏMLƏDİ
Hərbçimiz vəfat etdi


25.04.2023  19:20 

QHT-lər akademik Zərifə Əliyevanın 100 illiyini qeyd etdi - FOTOLAR





A+  A-

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Bakıda, Abşeron mehmanxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.

XəzərNews.az xəbər verir ki, tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri, deputatlar, icimai təşkilatların təmsilçiləri, jurnalistlər iştirak edib. Tədbir akademik Zərifə Əliyevanın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva akademik Zərif Əliyeva şəxsiyyəti və fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, Zərifə xanım öz elmi fəaliyyəti ilə təkcə respublikada yox, həm də bütün SSRİ-də və dünyada özünə rəğbət qazanıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri və Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev akademik Zərifə Əliyevanın Azərbaycan tibbinə və ümumilikdə tibb elminə verdiyi töhfələri qeyd edib, həmçinin onun humanitar sahədə aktiv çalışan bir şəxsiyyət və nümunəvi bir qayğıkeş ana obrazı olduğunu diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova akademik Zərifə Əliyevanın sadə və səmimi həyatından söz açıb: "O, Əziz Əliyev kimi nüfuzlu bir şəxsiyyətin qızı idi. Amma bütün bunlara baxmayaraq, özünü o qədər sadə aparır, sadə davranırdı ki, heç kəs bunu hiss eləmirdi. O, öz zəhməti, əzmi ilə elmdə zirvələrə yüksəlməyə və bir Azərbaycan qadını kimi fədakar insan olmağa nail olmuşdu.

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb: "Biz ondan sevməyi, nümunəvi davranışı öyrənmişik. Zərifə xanımın Heydər Əliyevlə görüşləri bizə maraqlı idi. Biz onlar görüşəndə onları kənardan güdürdük. Çünki o, əsl Azərbaycan qızı kimi namusla sevməyi bilirdi".

Daha sonra çıxışçılar akademik Zərifə Əliyeva şəxsiyyəti və irsi barədə fikirlərini bölüşüblər. Tədbirdə Zərifə xanımın fəaliyyəti ilə bağlı videorolik və fotolar nümayiş etdirilib, mahnılar səsləndirilib.Tədbir iştirakçıları Fəxri Xiyabanı ziyarət edib, görkəmli alimin qəbüstü abidəsi üzərinə gül-çiçək düzüblər.












Xəbər 917 dəfə oxunub.



24.02.2025  17:34 

XİN-dən Fransa səfirinə CAVAB

24.02.2025  17:31 

Azərbaycan Estoniyanı təbrik etdi

24.02.2025  17:08 

Aydın İmrani vəfat etdi

24.02.2025  16:58 

Özcan Dəniz angioqrafiya olacaq

24.02.2025  16:48 

Məşhur müğənniyə nə olub?

24.02.2025  16:39 

Derya Şensoy yeni eşqini elan etdi

24.02.2025  16:25 

Renat Dadaşov Polşa klubunda

24.02.2025  16:07 

Allahın Adam üzüyəm!


BÜTÜN XƏBƏRLƏR +