Tramp Makronu qarşılamağa ÇIXMADI -VIDEO
XİN-dən Fransa səfirinə CAVAB
Dilan Çıtak ilə Levent Dörter boşanır?
Zelenski Aİ ölkələrini Rusiyaya qarşı birləşməyə çağırdı
Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirək - Nauseda
Türk dilində kitab payladığı üçün HƏBS EDİLDİ
Bu qurum aldığı zibil qablarının pulunu ödəmir
Türk iş adamı 20 min manat cərimələndi
İranlı ekspert yenə SƏRSƏMLƏDİ
Hərbçimiz vəfat etdi


18.02.2025  13:15 

Qoşqar Təhməzli tenderi keçmiş işçisinə verdi





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2024-cü ildə keçirdiyi 24 tenderin böyük hissəsinin bir şirkət tərəfindən udulması məlum olub.

XəzərNews.az Tribunainfo.az-a istinadən xəbər verir ki, 17 745 543 manatlıq satınalma müqavilələrinin 5-i “AVAZ GROUP” MMC ilə bağlanıb.

Belə ki, açıq mənbələrdən aydın görünür ki, AQTİ 5 müsabiqə üzrə 17.7 milyon manatlıq pulun 13 milyon 313 min 40 manatını və ya 75 faizini bu şirkətə həvalə edib. Bu məbləğlər isə AQTİ “Avaz Group”dan yalnız laboratoriya avadanlığı və bəzi reaktivlər alıb.

Vergilər Nazirliyinin reyesterində qeyd edilib ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.

Rentry.co saytına yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.

Bildirilib ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilib. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.

AQTİ-nin həyata keçirdiyi maraqlı tenderlər sırasında isə avtomobil həvəskarlığı diqqəti çəkir. Belə ki, bu qurum bir ilin içində 655 min 500 manatlıq avtomobillər alıb. Onlardan 4-ü “LEXUS-BAKI” MMC-dən alınıb. Bu sedan tipli maşınlara AQTİ 448.800 min manat xərcləyib. İkinci tender isə “TOYOTA ABSHERON MERKEZI” MMC-nin “bəxtinə” düşüb. 3 avtomobilin alınmasına 206.700 manat sərf olunub.

Xəbər 1724 dəfə oxunub.



24.02.2025  17:34 

XİN-dən Fransa səfirinə CAVAB

24.02.2025  17:31 

Azərbaycan Estoniyanı təbrik etdi

24.02.2025  17:08 

Aydın İmrani vəfat etdi

24.02.2025  16:58 

Özcan Dəniz angioqrafiya olacaq

24.02.2025  16:48 

Məşhur müğənniyə nə olub?

24.02.2025  16:39 

Derya Şensoy yeni eşqini elan etdi

24.02.2025  16:25 

Renat Dadaşov Polşa klubunda

24.02.2025  16:07 

Allahın Adam üzüyəm!


BÜTÜN XƏBƏRLƏR +