Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


08.11.2023  09:12 

Ömür mənalı yaşananda... - Zakir Abbasa yubiley təbriki





A+  A-

Bu fikrə ilk dəfə Zakir müəllimin yazısında rast gəldim... - Muğamat- musiqi kimi janr deyil, muğamat fəlsəfədir...

Çox güman ki, həmişə şəxsiyyətinə hörmət bəslədiyim müdrik ziyalıya, tələbələrin sevimli müəlliminə, yazarımıza, Əməkdar jurnalist Zakir Abbasa yubiley münasibətilə hamı öz ehtiramını bəyan edəcək.

Nələr yazılacaqsa, asan yazılacaq, qələmlər məcbur edilmədən yazılacaq. Enerji, güc millətin mənəvi zənginliyinə, Vətənin tərəqqisinə yönələndə daim diqqət mərkəzində olan insan barədə - Zakir müəllim haqqında söz deməyə layiq olmuşamsa, özümü şanslı sayıram. Belə anda könlümdən keçənləri necə var, o cür də yazacam...

Zakir müəllimlə Masallıda, doğulduğu Kösakül kəndində, xanəndə kimi dəvət edildiyim bir toy məclisində görüşmüşük. Əlbəttə, belə məqamda görüş qısa, ötəri olur. Sadəcə, ifamı dinlədikdən sonra yaxınlaşıb xoşuna gəldiyini bildirdi...

Tale elə gətirdi ki, neçə illərdir, hər ikimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirik. Təbiidir ki, bu müddətdə dəfələrlə rastlaşmışıq, dəfələrlə söhbət etmişik. Həmişə də onun yüksək intellektinə, mədəniyyətinə, zəngin biliyinə rəğbət bəsləmişəm. Xüsusən, səs sənətinə, mənim ixtisasıma dərindən bələdliyi söhbətimizə səmimiyyət, şirinlik gətirib.

Zakir müəllimin məntiqinə görə, muğamatı yalnız musiqi janrı kimi qəbul etmək onun mahiyyətini kiçiltmək deməkdir. Ona görə ki, muğam insanlığın tarixindən, ruhi düşüncəsindən doğulan kamil fəlsəfi cərəyandır...

Yazdığım “Ədəbiyyat notları” kitabım haqqında “Mədəniyyət” qəzetində çıxan məqaləsində bu mülahizələrinin geniş şərhini verib və dünyamızın narahatlıqlarını, problemlərini “musiqisizlik”lə əlaqələndirib: “...Fərd halında kamil insan olmaq mümkündür. Lakin kamil cəmiyyətin formalaşması çox müşkül məsələdir. Ona görə ki, bəşəriyyət hələ muğamın təlqin etdiyi İlahi qanunlarla yaşamağa hazır deyil...”.

Zakir müəllimi – bu dolğun düşüncəli, müdrik insanı yubiley münasibətilə təbrik edirəm. Bir sadə oxucusu kimi! Bir həmkarı, iş yoldaşı kimi! Masallı gəlini olduğuma görə, bir həmyerlisi kimi! Və Zakir müəllimin qızı, peşəkar musiqiçi, istedadlı kanon ifaçısı Humay Abbasın yaxın rəfiqəsi kimi Ona sağlam ömür arzulayıram!..




Ruzə İBİŞOVA,
Əməkdar artist,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Muğam sənəti kafedrasının baş müəllimi.


Xəbər 3179 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +