Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?
Tramp “Tramp marşrutu”ndan danışdı
Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluq edib?
Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib
YUNESKO yeni rəhbər seçdi


13.10.2023  19:57 

TÜRKSOY Daimi Şurasının 40-cı iclası Şuşada keçirilib





A+  A-

Oktyabrın 13-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli iclasın əhəmiyyətindən danışıb. İclasda müzakirə olunacaq məsələlərin çox olduğunu bildirən nazir iştirakçıları qərarların qəbul edilməsində fəal olmağa çağırıb.

TÜRKSOY-un baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir ilə təsadüf etdiyini bildirib. Deyib ki, bu il Türkiyə Cümhuriyyətinin 100 illik, TÜRKSOY-un isə yaradılmasının 30 illik yubileyləridir.

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm qərarlarla yadda qalacağını bildirib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla bağlı tədbirlər haqqında Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, bu Şuşada müxtəlif tədbirlər həyata keçirilib.

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Kayrat İmanaliyev Şuşada olmasından məmnunluğunu söyləyib, iclasda alınacaq qərarların ölkələrimizin gələcək
əməkdaşlığına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son illər Türk dünyasının müxtəlif əhəmiyyətli layihələrə imza atdığını bildirib. Qeyd edib ki, bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad edilmiş Şuşada belə bir iclasın keçirilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, iki il əvvəl Şuşaya səfər etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini vurğulayıb.

Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini – turizm, mədəniyyət, yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirib, Şimali Kiprin Türk dünyasının bir parçası olmasından qürur duyduqlarını deyib.

Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və başqalarının çıxışları dinlənilib.

İclas daha sonra qapalı formatda işini davam etdirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Xəbər 3508 dəfə oxunub.



07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın


BÜTÜN XƏBƏRLƏR +