Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


02.09.2020  12:09 

Daha bir məmurun işi məhkəməyə göndərildi





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Mansurov İsmayıl Gündüz oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, aparılmış istintaqla İsmayıl Mansurovun qeyd edilən vəzifədə işləyərkən vətəndaşa Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən yaşayış evinin tikintisi üçün guya həmin rayonun icra hakimiyyəti aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrindən istifadə edərək tələb olunan qanuni sənədlərin verilməsində köməklik göstərilməsini vəd etməsinə, bununla da 2019-cu ilin sentyabr-oktyabr aylarında vətəndaşdan ümumilikdə 10 min 370 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İsmayıl Mansurov 21 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İstintaq zamanı zərərçəkmiş şəxsə dələduzluq əməli üzrə vurulmuş ziyanın ödənilməsi tam təmin edilmiş, ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər 3390 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +