Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


18.12.2019  12:19 

“Hər kəs evinin üstündən bayraq asa bilməz”





A+  A-

“Hər kəs evinin üstündən bayraq asa bilməz”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Aqil Abbas bildirib. O bayrağın asılması üçün konkret müəyyən edilmiş yerlərin olduğunu vurğulayıb:

“Bayrağın asılma yerləri var: dövlət müəssiələri, dövlət qurumları və s. Amma bayram günləri hamı evinin pəncərəsindən bayraq asa bilər. Bu qayda bütün dünyada belədir. Bayrağın asılma günləri ilə bağlı qanunda müddəalar var, orada da qeyd olunub ki, bayraq nə vaxt asıla, nə vaxt endirilə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl A.Abbas bayrağın şaquli asılma qaydasının da yalnış olduğunu bildirib. Deputat bayrağın şaquli vəziyyətdə solda mavi rəng olmaqla asılmalı olduğunu deyib, hazırki asılma qaydasının səhv olduğunu diqqətə çatdırmışdı.

Bayrağın asılma qaydasında hər hansı dəyişikliyin olması il bağlı sualımızı Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev belə cavablandırıb:

“Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın 12-1-ci hissəsinə edilmiş 2018-ci il 21 iyun tarixli dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 37-ci maddəsinə görə qanunlarla və ya fərmanlarla digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi aktın hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə ekspertizasının rəyi əsasında yol verilir.Yuxarıda qeyd edilənlərə əsasən, “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na sözügedən məsələ ilə bağlı dəyişikliyin edilməsi istisna edilmir”.

Xəbər 3250 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +