Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


29.09.2025  12:06 

Azərbaycanlıların kəndləri su altında qaldı





A+  A-

Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlıların sıx yaşadığı kəndlərə güclü sel gəlib. Həyətlər, evlər və avtomobillər su altında qalıb.

Laqodexi meriyasından bildirilib ki, fəlakət zonasına aidiyyəti bələdiyyə rəhbərləri baş çəkiblər. Zərərin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Əraziyə xilasedicilər və ağır texnika cəlb olunub. Hazırda intensiv bərpa tədbirləri davam etdirilir.

Gürcüstanda yaşayan azərbaycanlı fəal Elvin Tağıyev bildirib ki, yol infrastrukturuna, yaşayış evlərinə ciddi ziyan dəyib.

"İnsanlar həm maddi, həm mənəvi ziyan görüb. Bəzi insanların evləri qəzalı vəziyyətə düşüb. Bəzi evlərin içi, həyəti daş, palçıq, çirkablı sularla doldu. Daşqın zamanı insanların bəziləri azuqələrini, ev əşyalarını götürdü ki, ərazini tərk etsinlər. Kənd təsərrüfatına, həyət-bacadakı toyuq-cücəyə, ev quşlarına zərər yetirdi, bəzilərinin ölümünə səbəb oldu. Bununla yanaşı maşınlara ziyan dəydi. Bəzi maşınlar sel suyunun təzyiqindən kanala salmışdı. Həyətyanı ərazilərdə su maşınların içərisinə dolmuşdu. Su darvazları qırdı, əydi, yerindən çıxardı", - o qeyd edib.

Soydaşımızın məlumatına görə, insan itkisi olmayıb: "Bu günə kimi elə bir məlumatımız yoxdur. Sadəcə aldığım məlumata görə, bir nəfər sudan çıxarılan zaman ayağı qırılıb".

O bildirib ki, dövlət və yerli idarəetmə orqanları tərəfindən hələlik dəyən ziyanla bağlı statistik hesablama aparılmayıb.

"Ümumilikdə deyərdim ki, Qabal qəsəbəsi Laqdoxi rayonunda azərbaycanlıların sıx yaşadığı ərazidir. Orada 4 böyük kənd var. Ümumilikdə qəsəbədə 20 minə yaxın əhali yaşayır. Sel 4 kənddən 3-də ciddi fəsadlar yaratmışdı. Sadəcə bir kənd çay axının başqa istiqamətində yerləşdiyi üçün hər hansı ciddi fəsadlarla üzləşməyib. Daşqın zamanı insanlar arasında təbii ki, qorxu vardı. İnsanlara müvəqqəti olaraq, təhlükəli ərazidən ayrılmaları üçün çağırış oldu. Hazırda bu günə nəzərən desək, əvvəlki kimi qorxu olduğunu düşünmürəm. Yenə də bu, təbii ki, insanlara mənəvi zərər idi. Qorxu olmasa da, insanlar düşünür ki, oxşar halın qarşısının alınması üçün dövlət tərəfindən çay ətrafında lazımı bənd düzəldilməsə, təbii, belə hal gələcəkdə yenə də baş verə bilər. Dövlət və yerli idarəetmə orqanları hadisə zamanı insanlara ilkin yardım etməyə çalışdı. Yəni yerli icra orqanı tərəfindən xilasedici əməkdaşları hadisə yerinə cəlb edilmişdi. Çətin vəziyyətdə olanların evlərdən çıxarılması işləri görüldü. Və yol infrastrukturundakı, dağılan körpülərlə bağlı vəziyyətə nəzarət olunurdu. Bu istiqamətdə daha hansı işlərin görüləcəyi ilə bağlı dövlət tərəfindən rəsmi məlumat yoxdur"./Modern.az

Xəbər 3631 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +