Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


17.10.2024  18:07 

Ayrılmaq istəyən sevgilisini öldürənə bu cəza verildi - “Qucaqlayıb bıçaqladım”





A+  A-

Xətai rayonunda 22 yaşlı qadını küçədə bıçaqla öldürməkdə, rəfiqəsinə isə xəsarət yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun məhkəmə araşdırması başa çatıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, qətlə yetirilən Elnarə Cabbarova ilə Səbuhi sevgili olub.

Hadisədən əvvəl onlar bir yerdə yaşayıb. Günlərin birində aralarında yaranan mübahisəyə görə Səbuhi Elnarənin paltarlarını küçəyə atıb. Bundan sonra yaşananlar isə cinayətə gətirib çıxarıb:

“Telefonda dalaşdıq, məni təhqir etdi. Buna dözə bilməyib evlərinin önünə gəldim. Amma yenə nalayiq sözlər işlətdi. Bu vaxt onu qucaqlayıb kürəyindən bıçaqladım. Peşmanam”.

Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev baş verənlərə görə təqsirləndirilən şəxsi qınayaraq, “bilirsən ki, kasıb və heç kəsi olmayan qızdır. Yaxşı, bu hansı kişiliyə sığır ki, sən uzun müddət bir yerdə yaşadığın qızın əşyalarını yığ, tulla çölə…budur sevgi?, - deyib.

Cinayət isə səhər saatlarında iri marketlərdən birinin qarşısında baş verib.

Belə ki, Səbuhi restoranda ofisiant işləyən sevgilisini ondan ayrılmaq istədiyinə görə 18 bıçaq zərbəsi ilə öldürüb. Bundan sonra onun rəfiqəsinə və özünə eyni bıçaqla yüngül xəsarət yetirib.

Elnarənin yaxınları Səbuhiyə qanunun icazə verdiyi ən ağır cəzanın təyin olunmasını xahiş edib.

Bu gün sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Səbuhi xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla adam öldürməkdə və qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinərək 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbər 7983 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +