Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


24.07.2024  19:10 

Lahıcda “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” adlı tədbir keçirilib





A+  A-

Bu gün “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsində “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsi çərçivəsində tədbir keçirib.

Xəzərnews.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru – filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev bildirib ki, tatların yaşadığı Lahıc qəsəbəsi multikultural məkandır. O, qeyd edib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzinə çevrilib.

Layihə haqqında məlumat verən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb:

“Multikultural ənənələrə malik Azərbaycanda qədim zamanlardan bəri digər xalqlarla yanaşı, tatlar da yaşayır, yaradır, inkişaf edir və inkişafa töhfə verirlər. Lakin Azərbaycanda yaşayan tatlar az öyrənilib, kifayət qədər tədqiq olunmayıblar. Layihənin əsas məqsədi də Azərbaycanda yaşayan tatların etnik tarixi, din və dil mənşəyi, ölkə ərazisində məskunlaşma tarixi, adət-ənənələri və bu ənənələrin nə dərəcədə qorunub saxlanılmasını təhlil və təşviq etməkdən ibarətdir. Layihə çərçivəsində mənbələrdən, tədqiqat əsərlərindən istifadə etməklə müəyyən araşdırmalar aparılıb və bunların nəticəsi olaraq silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. İyun-avqust aylarını əhatə edən “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsinin icra olunması da bu məqsədə xidmət edir”.
Tədbirdə məktəblilər - İncə Əliyeva və Ayxan Əliyev Səməd Vurğunun “Azərbaycan” şerindən parçaları, görkəmli Azərbaycan şərqşünası, lahıclı Əkrəm Cəfərin Lahıca həsr etdiyi “Lohicmu” şeirini səsləndiriblər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev Azərbaycan tatlarının ilkin etno-dini baxışları, sonrakı dini baxışlarının formalaşması, buna təsir edən amillər, xristian, yəhudi və müsəlman tatlara ayrılma şəraiti və səbəbləri barədə danışıb.

Rusiya Vladimir Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi, Qurban Səidin “Əli və Nino” romanını tat dilinə tərcümə edən Telman Əliyev tat dilinin xüsusiyyətləri və latın qrafikasında səslərin verilməsi üçün lazım olan düzəlişlər barədə, Əməkdar müəllim Cəfər Bağırov tat dilinin qorunması üçün dərsliklərin vacibliyindən, Maarif Əliyev və Razı Bağırov isə öz şerlərini söyləyiblər.

Tədbirdə Azərbaycan həqiqətlərinin Afrikada yayılması üçün fəal iş aparan Billurə Bernard diaspora fəaliyyətindən və tatların mədəniyyətinin təbliğindən, Amerikada yaşayan tarixçi Akif Ağayev isə dil problemlərindən danışıb.

Tədbirdə “Azəri”Tat Mədəniyyət Mərkəzinin rəhbəri Elman Əhmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin maliyyəsi ilə nəşr olunmuş Qafqaz diyarının xəritəsini (1847, Tiflis), Qurban Səidin tat dilinə tərcümə olunmuş “Əli və Nino” əsərini, Maqsud Hacıyevin “Tat dili və tatların tarixi etnoqrafik oçerkləri”, Məhəmməd Əliyevin “Tatlar” kitablarını iştirakçılara təqdim edib.

E.Əhmədov layihə çərçivəsində növbəti tədbirin avqust ayında Qubada keçiriləcəyini bildirib.

Sonda İshaq Movlamov musiqi parçaları ifa edib.







Xəbər 6475 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +