DTX əməliyyat keçirdi: İcra başçısı saxlanıldı - FOTO
Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...
Bu ölkələr dost olmalıdır -Szinpin
Baş həkim təyin edildi
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO
ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası
Rusiya Rövşən Əsgərovu cərimələyib -FOTO
Ermənistan Azərbaycanın təsiri altında qala bilər -Ambartsumyan
Ramiz Mehdiyev fəxri adlardan məhrum edilib -FOTO
Toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar


21.05.2018  13:14 

12 nəfər şəhər merini döyərək xəstəxanalıq etdi - VİDEO





A+  A-

Yunanıstanda Saloniki şəhərinin 75 yaşlı meri Yanis Butaris 10-12 nəfər tərəfindən döyülüb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Pontus Soyqırımı”nın ( 1914-1923-cü illərdə Birinci Dünya Müharibəsi və yunan-türk müharibələri zamanı etnik yunanların türklər tərəfindən qətlə yetirildiyi iddia edilir-red.) anım gününə həsr olunan tədbirdə yaşanıb.

Mərasim zamanı merə 10-12 nəfər yaxınlaşıb və ondan tədbiri tərk etməsi tələb olunub. Şəhər meri etiraz etdikdə isə onu yerə yıxaraq döyməyə başlayıblar. Butaris baş, kürək və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Salonik şəhərinin meri Yunanıstan və Türkiyənin yaxınlaşmasının tərəfdarı kimi tanınır.

Ölkənin baş naziri Aleksis Çipras hücum edənləri ultrasağçı quldurlar adlandırıb və gec-tez öz hərəkətlərinə görə cavab verəcəklərini deyib.

Polis iki şübhəlini saxlayıb.


Xəbər 3233 dəfə oxunub.




30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +