Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq
Bir erməninin belə Qarabağa təhlükəsiz qayıtması... - Simonyan
Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan
Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu
Bu avtobusların hərəkət sxemi dəyişdirilir?


20.02.2025  12:06 

İmperializmin gərilmiş üzü...





A+  A-

Dünən Səudiyyə Ərəbistanı Ukrayna Rusiya müharibəsinin dayandırılması üçün ABŞ və Rusiya danışıqlarına ev sahibliyi etdi. Krımın ilhaqından başlayan müharibənin 4016 günündə Ukraynanın gələcəyini müəyyənləşdirən bu görüşdə Ukraynanın təmsilçiliyi olmadı. Qlobal 2 güc masada Ukrayna olmadan onun aqibətini müəyyən etməyə çalışır.

ABŞ dövlət katibi Rubio Rusiyanın Xarici İşlər Naziri Lavrovla danışıqlarda iki ölkə arasında münasibətlərdən başqa bir sıra detalları mediada elan edildi.

Ukrayna Rusiyaya ərazilərini, müharibəni dayandırdığı üçün ABŞ-a resurslarını güzəştə getməlidir.

Rusiya işğal etdiyi 4 vilayətdə de-yure legitimlik istəyir: Luqanskın 99%-i, Donetskin 70%-i, Xerson və Zaporojyenin 75%-inə nəzarət edir.

ABŞ isə Ukraynaya təhlükəsizlik və ticarət sahəsində davamlı dəstəyi müqabilində Ukrayna xammalına çıxış istəyir.

Bu şərtlərin hansı daha quldurcasınadır, bunu ayırd etmək çox çətindir.

Baş verənlər dünya yaranandan hər cildə girmiş mənfur imperializmin zəmanəmizdə çox populyar hal olan gəncləşdirilmə əməliyyatı ilə üz gərmiş simasıdır.

Eyni gündə Zelenski Türkiyədə idi və qardaş ölkə bu illər ərzində Ukraynanın ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək verir. 2022-ci ildə milyonlarla insanı qidalandıran və hər iki tərəflə kanalları açıq saxlayan həyati-vacib taxıl dəhlizində əsas vasitəçi Türkiyə idi.

Ər Riyad görüşündə Ukrayna kimi Türkiyənin də masa arxasında oturmaması strateji səhvlərdən birincisidir.

Türkiyə çoxsaylı məhbus mübadiləsi və Montrö Konvensiyası çərçivəsində Qara dənizə çıxışa nəzarəti təmin etməklə cənubdan silah təchizatını bloklamış və ümumiyyətlə Ukraynanın güvənilir tək-tük dostlarından birincisidir.

Görüş keçirilən gün televiziyada bunu söyləmişdim, bir də yazıram.

Tarixin ironiyası budur ki, bu danışıqlar Says-Piko Razılaşması ilə sözün əsl mənasında imperiya xəritələrində cızılmış Səudiyyə Ərəbistanında aparılır.

1932-ci ildə İngiltərənin dəstəyi ilə qurulan İbn-Səud Krallığı indi böyük dövlətlərin növbəti dəfə başqa ölkənin ərazisini bölüşdürdüyü danışıqlara ev sahibliyi edir.

Müharibənin dayandırılmasını vacib edən dəhşətli statistika var və bu rəqəmlər vəziyyəti tam çılpaqlığı ilə izah edir:

- 11 ildən çox davam edən münaqişə;
- 500.000-dən çox qurban;
- 19 min aqibəti qeyri-müəyyən deportasiya olunmuş körpə uşaq;
- Ukraynaya dəymiş 411 milyard dollarlıq ziyan.

Və bu qədər qurbanların fonunda güzəştə gediləcək 4 vilayət və Ukrayna xalqının təbii ressursları.

Bu görüş haqqında Zelenskinin fikirləri elə onun prezidentlik təcrübəsi haqqında tam bir həqiqətdir. Danışıqlarda kimin iştirak etdiyindən xəbərsizdir və ən əsası da bu proses onun üçün maraqsızdır. Adam baş verənlərin fonunda hələ azmış kimi Avropa İttifaqının ordusunu da öz ərazilərinə yerləşdirmək təklifini edir.

Danışıqları “münaqişənin diplomatik həll yolu” deməklə deyil, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Nə ABŞ-ın göstərdiyi yardımı Ukrayna təbii xammalına çıxışla əlaqələndirməsi, nə də Rusiyanın müzakirə olunan ölkənin iştirakı olmadan ondan ərazi tələb etməsi diplomatiya deyil.

Bu, 2025-ci ildə üzünü gərmiş imperializmdir.

Bu müzakirələr haqqında heç kimin soruşmadığı suallar da var: əgər bu şərtlər/format Ukrayna üçün məqbul olacaqsa, onda davamlı sülh haqqında ABŞ və Aİ-nin danışdıqlarına nə ehtiyac var?

Alan alır, satan satır…

Əslində Says-Pikodan tutmuş Yaltaya qədər böyük güclərin kulislərdə apardığı sövdələşmələr haqqında tarixin hökmü göz önündədir. Bu yaşananların isə daha dəhşətli nəticələri olacaq və bu Avrasiya, Afrika, Cənubi və lap elə Şimali Amerikanın özünə təsir edəcək dəyişikliyinin başlanğıcı olacaq. Çünki artıq ortada istinad oluna biləcək bir nümunə, bir formul var…

Yeganə Hacıyeva
Politoloq


Xəbər 3221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...


BÜTÜN XƏBƏRLƏR +