Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib?
TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO


29.06.2019  11:30 

Bakı metrosu yay qrafikinə keçir





A+  A-

İyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.
XəzərNews.az-a daxil olan məlumata görə, mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.

Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Onu da xüsusi qeyd edək ki, günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə "Nərimanov" elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.

Sərnişinlərin və “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının istifadəçilərinin marağı və müraciəti nəzərə alınaraq, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün saytın müvaflq bölməsində dərc olunacaq və stansiyalarda yerləşdiriləcəkdir.

Xəbər 1150 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +