Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı
Ofelya Şabanova efirdə qızıl üzük bağışladı
Həbsdə olan İcra başçısının səhhəti pisləşib
90 milyon dollarlıq heroin ələ keçirildi
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb


22.03.2021  19:17 

Türkiyə Suriyada daha 10 terrorçunu zərərsizləşdirdi





A+  A-

Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı zonasında 10 YPG (PKK-nın Suriya qanadı-red.) terrorçusu zərərsizləşdirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, terrorçuların yeri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə müəyyənləşdirilib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Kilis vilayətini hədəf alan terror aktına cavab verməyə davam edir.

“Bu tədbirlər çərçivəsində 10 PKK/YPG terrorçusu İHA tərəfindən aşkar edilərək zərərsizləşdirilib”,- deyə nazirliyin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi martın 18-də Suriyadan atılan raketlərin Türkiyənin cənub-mərkəzi Kilis əyalətindəki səhra bölgəsinə düşdüyünü açıqlamışdı. Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının mövqelərinə cavab zərbələri endirib, nəticədə 20-dən çox hədəf məhv edilib və çox sayda terrorçu zərərsizləşdirilib.

Cavab atəşi zamanı yalnız atəş mövqeləri deyil, həm də terrorçuların nəzarətində olan Təl-Rifyatdakı mövqelər də hədəf alınıb.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.

Xəbər 3126 dəfə oxunub.



15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi


BÜTÜN XƏBƏRLƏR +