İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


18.07.2022  11:31 

Şuşaya getmişdim axı...





A+  A-

Daha öncə getmədiyim, heç vaxt görmədiyim, amma gözəlliyinə vurğun olduğum şəhərə getmişdim. Heç vaxt qarşılaşmasalar da, Şapurun çəkdiyi rəsmlərdən Xosrova aşiq olan Şirin kimi mən də illərlə qarabağlıların, böyüklərimizin təsvir etdiklərini xəyalımda canlandıraraq aşiq olmuşdum Şuşanın gözəlliyinə.

Hər zaman inanmışam ki, heç bir istisnasız, xəyal HƏMİŞƏ reallıqdan daha gözəl, daha mükəmməl olur. Amma Şuşanı görəndən sonra anladım ki, yanılmışam. 30 il həsrət çəkmiş, özü özünə qürbət olmuş halı ilə belə Şuşanın real görünüşü xəyalımdakından daha füsunkar, daha mükəmməldir...

Amma mahnılardakı, şeirlərdəki işvəsi, nazı yoxdur sanki. Əksinə, şəhərin üzərində qəribə bir sükut var. Bəlkə də bu sükut Şuşanın otuz illik həsrətə üsyanıdır, ya da ona daha az zərər vermək üçün ağır silahlardan istifadə etmədən, onu əlbəyaxa küçə döyüşləri ilə azad edən igidlərə sayqı duruşudur... Bəlkə küskünlüyün, bəlkə günahkarlıq hissinin, bəlkə də sadəcə darıxqanlığın ifadəsidir bu sükut... Amma bu inadlı susqunluğun səbəbi hər nədirsə, onun əzəmətini daha da artırır.

Üç il əvvəl Şuşaya xəyali səyahət edən Nazim Sabiroğlunun "Şuşada gördüklərim..." yazısını oxuyub ağlayanda, Paşinyanın Cıdır düzündə Yallı getməsini izləyib günlərlə hiddətdən, qəhərdən boğulanda heç ağlıma da gəlməzdi ki, belə tezliklə Şuşanı görmək bizlərə qismət olacaq. Şükür qovuşdurana...

Orda fərqinə vardım ki, insanlar Şuşanı pir kimi, müqəddəs ocaq kimi ziyarət edir. Elə mən də içimdə sevinclə, qürurla, hüznlə, minnətdarlıqla, heyranlıqla, şükranlıqla dolu izahedilməz bir hisslə gəzdim onun küçələrini. Şuşanın azad edilməsi planı haqda eşitdiklərim hansı tərəfə baxsam, gözlərimin önündə səhnələşirdi. İgidlərimizin şəhərə zərər verməmək üçün ehtiyatlı davranışlarını, əlbəyaxa döyüşlərini görürdüm ətrafımda. Və anladım ki, bir gün hamı və hər şey haqda dediyimiz təriflər, təşəkkürlər şablonlaşa bilər, ağız alışqanlığına çevrilə bilər, ancaq canını torpaq uğrunda fəda edənlərə minnətdarlığımız heç vaxt şablonlaşmayacaq, boğazdan yuxarı edilən təşəkkürə çevrilməyəcək. Yarım qalan ömürlərə hər zaman yanacağıq və borclu olacağıq...

Şeir, sənət, musiqi beşiyimizi bizə qaytaran şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun!

Röyanə Cəfər

Xəbər 1285 dəfə oxunub.




24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +