AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


24.01.2024  11:46 

Seçki ərəfəsində əhalini NARAZI SALANLAR kimlərdir?





A+  A-

Bakıda 20 min manat dəyərindən yuxarı daşınmaz əmlakların alqı-satqısı zamanı vətəndaşlardan gəlir deklarasiyası tələb olunur. Musavat.com xəbər verir ki, notariuslar yanvarın ilk günlərindən etibarən daşınmaz əmlak əldə etmək istəyən şəxslərdən pulun mənbəyinin göstərilməsi haqda rəsmi sənəd tələb edirlər.

Bu, vətəndaşların narazılığına səbəb olub. Bildirilir ki, əmlak almaq istədikləri zaman süründürməçiliklə üzləşiblər.

Son zamanlar əmlak bazarında durğunluğun yaranmasına səbəb kimi bu amillər də göstərilir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a bunları deyib:

“Artıq bir müddətdir ki, alqı-satqılar zamanı notariuslar tərəfindən 20 min manatdan yuxarı məbləğə görə gəlir deklarasiyası tələb olunur kimi xəbərlər var idi. Lakin qanunvericilikdə bir çox müddəalar var ki, onların biri də alqı-satqı, böyük məbləğdə pul əməliyyatları zamanı, bank əməliyyatları və digər pul dövriyyəsi zamanı Azərbaycan qanunvericiliyinə görə 20 min manatdan yuxarı məbləğin gəliri soruşulur. Amma rəsmi deklarasiya tələbi yoxdur. Lakin notariuslar tərəfindən pulun haradan əldən olunduğu ilə bağlı vətəndaşdan məlumat alınır. Bu məlumatlar hansı hallarda alınmır: əgər mənzil ipoteka və digər kreditli yolla əldə olunursa, mənzil bağışlanılırsa, yaxud mənzilin alınması üçün vətəndaş digər bank hesabından notariusun hesabına pul köçürürsə. Digər hallarda vətəndaş əmlak alırsa, əmlakın ümumi məbləğindən 20 min manat çıxılır, yerdə qalan hissə ilə bağlı vətəndaşdan qısa məlumat alınır. Yəni əldə etdiyi pul vahidini vətəndaş haradan əldə etdiyini qısaca deməlidir. Bir çox insanlar var ki, evlərini satıb yeni ev alırlar. Yaxud xarici ölkədə biznesləri var və ya qohumları göndərir.

Azərbaycanda vergiyə cəlb olunmayan bir çox sahələr var ki, onlardan biri kənd təsərrüfatı sahəsidir, bu sahədən də vətəndaşlar gəlir əldə edə bilib, həmin gəlirlə əmlak alırlar. Yəni notariusda rəsmi şəkildə soruşularsa, vətəndaşın pulun mənbəyi ilə bağlı qısa məlumat verməsi kifayət edir. Rəsmi gəlir deklarasiyası tələbi konkret olaraq yoxdur. Qısaca məlumat vermə bu işi yekunlaşdıra bilər”.

Seçkidən öncə əhalini narazı salan, onu qıcıqlandıran kimlərdir? Prezidentliyə namizədlər vədlər vermək, əhalinin sosial rifahını təmin etmək üçün addımlar atmaq əvəzinə, niyə əhalinin həyatını çətinləşdirəcək qərarların verilməsinə susqun qalır? Ən önəmlisi, ölkədə seçki ab-havası niyə özünü göstərmir?

Xəbər 8621 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +