AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.01.2024  18:55 

Nazirliklər birləşdirilir, icra hakimiyyətləri ləğv olunur...





A+  A-

“Cənab Prezident yanvarın 10-da Azərbaycan media nümayəndələrinə verdiyi müsahibədə bildirdi ki, seçkilərdən sonra ölkədə yeni era başlayacaq. Əgər yeni era başlayırsa, deməli, Prezident hərbidə yaratdığı qayda-qanunu iqtisadi-sosial və siyasi müstəviyə də keçirəcək. Çünki İlham Əliyevin 20 il ərzində yürütdüyü siyasət belə bir siyasi nəticə çıxarmağa imkan verir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Müsahibimiz 7 fevral prezident seçkilərindən sonra ölkədə ləğvi gözlənilən icra hakimiyyətləri sistemindən söz açıb.

Xatırladaq ki, bir çox analitiklər seçkilərdən sonra hökumətin yenilənməsi fonunda icra hakimiyyətlərin ləğv edilməsi məsələsini istisna etməyib. Onların fikrincə, dövlət başçısının Qarabağ, Naxçıvan və Şərqi Zəngəzurda yaratdığı prezidentin xüsusi nümayəndəlikləri inzibati ərazi bölgüsündə yeni bir sistemin yaranmasına gətirib çıxarır.

Məsələyə münasibət bildirən sabiq deputat əlavə edib:

“Mən ölkə başçısının son 3 illik çıxışını analiz edəndən sonra belə bir qərara gəldim ki, o, ilk növbədə, struktur islahatı aparacaq. Yəqin ki, seçkidən sonra bir neçə nazirliklər birləşdiriləcək. Ola bilər ki, birləşdirilmədən sonra bir sıra dövlət agentliklərinin yaradılması daha çox geniş tətbiq olunacaq. Eləcə də Baş nazir və onların müavinləri istefaya göndəriləcək, çünki onlar müasir zamanın tələbləri ilə uyğunlaşmır. O cümlədən Azərbaycandakı icra hakimiyyətləri strukturu müasir dövrün tələblərinə uyğunlaşa bilmir. Lakin icra hakimiyyətlərinin bir hissəsi öz işlərində çox ciddi dəyişikliklər edib. Yəni bunu da danmaq olmaz ki, bütün icra hakimləri yarıtmaz fəaliyyət göstərib”.

“Məsələn, Ağsuya yeni icra hakimi gələndə içi mən qarışıq camaat onu tez-tez tənqid edirdi. Lakin icra hakimi Rövşən Bağırovun atdığı yeni addımlar mənim artıq xoşuma gəlir. O, yas yerlərində ehsan verilməsini qadağan edib. Həmçinin mollalara yas yerindən pul almaq qadağan olub. Hətta rayonda kimin yası olursa, İcra Hakimiyyəti nümayəndələri oraya gedirlər. Lakin elə icra başçıları var ki, tənqidi ayrı müstəviyə çevirib məhkəməyə yolu ilə adamları qorxudurdular. Ona görə də belə icra başçıları həm Prezidentin göstəriş verdiyi islahatları düzgün həyata keçirmirdilər, həm də ciddi problemlər yaradırdılar”, - deyə müsahibimiz söyləyib.

Eks-deputat əmindir ki, dövlət başçısı bu sahəyə mütləq yenilik gətirəcək:

“Azərbaycanda 67 rayon var, amma iqtisadi rayonların sayı cəmi 14-dür. Bu sahədə Azərbaycan yavaş-yavaş Türkiyə sisteminə keçir ki, bu, çox yaxşı bir şeydir. Məsələn, Türkiyədə Baş nazir yoxdur, amma onu I vitse-prezident əvəz edir. Bu modelin tətbiqi Azərbaycana çox böyük uğur gətirə bilər. Çünki, demək olar ki, bir çox nazirlər öz işini lazımi səviyyədə görmür deyə bu tendensiya var.

Amma daha çox bölgələrdən şikayətlər çoxdur. Bir çox icra başçıları özlərini bölgənin Allahı hesab edirlər, bəziləri isə tamamilə bizneslə məşğuldurlar. Rayonlarda örüş və əkin sahələri qalmayıb, hər yerə qarışırlar. Ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın azalmasının əsas səbəbi icra hakimləri başda olmaqla dövlət məmurlarıdır. Əgər dövlət bu məsələyə ciddi yanaşsa, onların əl-qolları bağlanacaq. Onsuz da bu adamlar Qarabağda at oynada bilmirlər, amma rayonlardakı əsas əkin və torpaq sahələrinin 60%-i bu və ya digər icra başçıları, generallar və nazirlərin nəzarətindədir. Ona görə də Azərbaycanda çox ciddi ərzaq problemi yaranıb. Ona görə də bu struktur ləğv olunmalı, Türkiyə modelinə keçilməli və Qarabağdakı kimi Prezidentin səlahiyyətli nümayəndəsi 5-6 rayona nəzarət etsin”.

“Yaxşı olardı ki, hər rayona onun spesifikasına uyğun adamlar getsin. Doğrudur, gənclərin bəzilərini icra başçıları qoydular və onlar ingilis dilini bildiklərinə görə lovğalanırlar. Onlar başa düşmürlər ki, torpaq ingilis torpağı yox, Azərbaycan torpağıdır. Onların dövlətə və millətə sədaqətli olmaları da şübhə altındadır, çünki ziyalılarımızı tanımırlar. Ona görə də onların Azərbaycanda gördüyü fəaliyyət yarıtmazdır. Məncə, inzibati ərazi bölgüsü dəyişdirilməli və valilik sisteminə keçirilməlidir. Uzağı 10 dənə nümayəndəlik olsa, bu, Azərbaycanı tamamilə əhatə edəcək. Bəziləri görmək istəməsələr də, Prezident bunu artıq tətbiq edir. Ölkədə bütün dövlət strukturları da zonal sistemə keçib. Belə bir sistemə keçmək həm struktur islahatını özündə ehtiva edəcək, həm də “şişmiş” bəzi məmurların sayı azalacaq. Bunlar öz vəzifələrini icra etmədikləri üçün Azərbaycan dövlətinə zərər vurmaqla məşğuldurlar”, - C. Nuriyev fikirlərini yekunlaşdırıb.

Xəbər 4628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +