AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


21.09.2021  14:36 

Azərbaycanın yanında İrana qarşı ən nüfuzlu ölkələr dayanacaq





A+  A-

Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov yenisabah.az-a müsahibə verib. XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Tofiq müəllim, İran sərhədlərimizə yaxın ərazilərdə təlimlər keçirir. Azərbaycanın bu təlimlərdən narahat olması üçün hansısa bir əsas varmı?


- Mən belə deyərdim ki, bu təlimlər hərbidən daha çox siyasi xarakter daşıyan bir hadisədir. Hərbi formada olan siyasi bir mesajdır. Biz başa düşməliyik ki, İran hakimiyyətində dəyişikliklər baş verir. Hakimiyyətə yeni adamlar gəlib. Daimi olaraq İranda həm Azərbaycana dost olan, bizimlə əməkdaşlığı istəyən qüvvələr olduğu kimi, bizə qarşı düşmənçilik mövqeyində duran üvvələr də mövcuddur. Düşünürəm ki, bu təlimlər bizə düşmən olan siyasi dairələrin addımlarıdır. Mən bunları yanlış hesab edirəm. Bu İranın öz maraqlarına da zidd olan addımlardır. Çünki İran tərəfi əgər gərginlik yolunu seçsə, hamıya bəllidir ki, Azərbaycanın yanında dünyanın ən nüfuzlu dövlətləri olacaq. Biz bilirik bu dövlətlər hansılardır. Türkiyədən də başqa digər ölkələr də İrana münasibətdə Azərbaycanı dəstəkləyəcəklər.
Azərbaycan heç vaxt bu formadakı qarşıdurma yollarına üstünlük vermirdi. Çünki biz hər zaman fikirləşirdik ki, İranla əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı əhəmiyyət kəsb edən və xeyir gətirən layihələri icra etmək və s. bizim üçün də mühümdür. Azərbaycan indi də bu fikirdədir. Bu yol bizim xalqlarımızın firavan və sülh içində yaşaması üçün daha da yaxşı şərait yarada bilər. Konfrontasiya bizim yolumuz deyil. Yenə də qeyd edirəm, əgər bu dairələr yaxşı oturub fikirləşsələr, onlar başa düşəcəklər ki, bu atılan addımlar ilk növbədə İranın xeyrinə olmayacaq. O ki, qaldı o problemlərə, İran yük maşınları haradasa qanunaları pozub, cərimələr verməlidir və s. Bu qanundur. Azərbaycan da İranın yollarından istifadə edir. Bu baxımdan qanuna uyğun olan əməllər təbii ki, dəstəklənməlidir. İran istəyirsə Azərbaycanın ayrılmaz bölgəsi olan Qarabağa hansısa malları aparsın, onlar üçün ayrı yollar var və hesab edirəm ki, Azərbaycan bu yolları onlara təklif edə bilər.

- Müşahidəçilərin fikrincə İran bu təlimlərlə Azərbaycanı təhdid edir. Doğrudanmı, qonşu ölkədə keçirilən təlimlərdən bu nəticə çıxartmaq olar?

- Doğrusu bu təlimlərin həcmi, cəlb olunmuş qüvvələrin sayı, məqsədləri və s. incəliklərlə tanış deyiləm, amma yenə də belə nəticə çıxartmaq olar ki, Azərbaycana düşmən mövqeyində olan dairələr hansısa şəkildə guya Azərbaycana mesajlar çatdırmaq niyyətindədirlər. Dediyim kimi, qarşıdurma yolunu onlar istəsələr, məğlub olan da onlar olacaq. Çünki Azərbaycan tək deyil, dünyada Azərbaycan-Türkiyə cütlüyü var. Ümumiyyətlə İranın xarici siyasəti hazırda çox mürəkkəb bir vəziyyətdədir. Mən bir daha qeyd edirəm, əgər Azərbaycan qarşıdurmaya məcbur olan bir yola getməli olsa, Azərbaycanın yanında İrana qarşı ən nüfuzlu ölkələr dayanacaq. Bu bizə lazım olmayan yoldur və biz bunu istəmirik. Hesab edirəm ki, İran tərəfi də orada hansısa fikirləşməmiş addım atan kəsləri bu yoldan çəkindirməli və onlara imkan verməməlidir.

- Sizin də bildiyiniz kimi, iki ölkənin münasibətləri İran maşınlarının Xankəndinə yük daşıması nəticəsində gərginləşdi. İranın Rusiya sülhməramlılarıyla yanaşı separatçıların nəzarətində olan Azərbaycan torpaqlarına qanunsuz yük daşıması sizcə nə dərəcədə normaldır?

- Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Orada inteqrasiya prosesləri gedir. Siz baxsanız, görərsiniz ki, Azərbaycan öz tərəfindən oraya qaz da göndərir, bölgəni işıqla da təmin edir. Xankəndidəki yarımstansiya buna misal ola bilər. Bu bizim vətənimizin bir hissədir və hələlik orada mürəkkəb siyasi proseslər baş verir. Bunun nəticəsində də orada Azərbaycanın qanunları bərqərar olunacaq. Bu bəllidir. Əgər İran tərəfi oraya hansısa mallar göndərmək niyyətindədirsə, Azərbaycan qanunlarına uyğun aparmalıdır bu işləri. Misal üçün onların getdiyi yollarda tıxac və bəzi problemlər yaranırsa, biz ayrı yolları da onlara təklif edə bilərik. Bir neçə yol var ki, oraya gedir. Qırmızı Bazardan keçən yol, Astaradan gəlib, Arazın kənarıyla gedən yol və s. Bu yerlərdən ora gedə bilərlər. Hesab edirəm ki, burada heç bir problem yoxdur, amma Azərbaycan qanunlarına riayət edərək olmalıdır bu işlər. İran vətəndaşlarından kimsə Azərbaycan qanunlarını pozursa, təbii ki, onlara qarşı qanunda nəzərdə tutulan cərimələr ola bilər. Bu normal bir şeydir. Biz də İranın yollarını istifadə edirik Naxçıvana gedəndə. Hər şey qanun çərçivəsində olmalıdır.

- İran-Azərbaycan münasibətlərinin gərginləşməsində Bakı ilə Ankaranın yaxınlaşması əsas faktor kimi irəli sürülür. İran Azərbaycanla Türkiyənin yaxınlaşmasından niyə narahat olmalıdır?

- İranda Azərbaycana aid 2 əsas konsepsiya var. Dostlarımız da orada çoxdur, hansı ki, bizimlə dostluq əlaqələrini inkişaf etdirmək istəyən dairələr var orada. Digər cərgə də var ki, bizim dövlətçiliyimizi qəbul etmirlər. İlk növbədə hakimiyyətə gələn təzə siyasi qüvvələr başa düşməlidirlər ki, onlar həm İran xalqına, həm də bizə faydalı olan əməkdaşlıq yolu seçsələr daha yaxşı olar. Biz istəmirik ki, sərhədlərimizdə gərginlik olsun.

- Hadisələrin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız? Münasibətləri əvvəlki axarına qaytarmaq üçün nə etmək lazımdır?

- Azərbaycan öz qanunlarının icrasını tələb edir. İkincisi, Azərbaycan həmişə olduğu kimi əməkdaşlıq etməkdə maraqlıdır. Üçüncüsü, Azərbaycan həmişə bəyan etdiyi kimi indi də o mövqedədir ki, ərazilərimizin İrana qarşı hansısa düşmən qüvvələrin tərəfindən istifadə edilməsinə Azərbaycan tərəfi əsla yol verməyəcək.
Biz bu mövqedə qalırıq. İndi bu mövqeyə cavab nə olacaq, onu zaman göstərəcək. Mən əminəm ki, gərginliyi artıran bu addımlar, o dairələr tərəfindən həyata keçirilib. İranın bu mürəkkəb vəziyyətində təzə bir gərginlik məkanı açması, heç də İran dövlətinin özünə və vətəndaşlarına xeyir gətirən bir məsələ deyil. Mənə elə gəlir ki, bu müvvəqəti bir şeydir və qısa bir müddətdə hər şey öz yerini tapacaq. Azərbaycan öz qanunlarının öz ərazisində icrasını tələb edən bir ölkədir və burada heç bir kəs, heç nə əldə edə bilməz.


Xəbər 6184 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +