Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


05.05.2021  16:55 

Əlilliyin təyinatı ilə bağlı hansı dəyişikliklər edilir?





A+  A-

Azərbaycanda əlilliyin müəyyən olunmasıyla bağlı mövcud qanunvericiliyə dəyişikliklər ediləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov bildirib ki, mövcud qanunda əlilliyin dərəcəsi sözləri insan orqanizminin funksionallığını itirmə faiziylə əvəzlənir.

Onun sözlərinə görə, növbəti qanunvericilikdə birinci, ikinci və üçüncü qrup sağlamlıq imkanları məhdud olma məsələsi faiz dərəcələrinə əsasən funksionallığın itirilməsinə yönəldiləcək: “Burada göstəricilər üçüncü qrup üzrə 31 faizdən 61 faizə qədər, ikinci qrup üzrə 61 faizdən 80 faizə qədər, birinci qrup üzrə isə 81 faizdən 100 faizə qədərdir. Bu istiqamətdə islahatlar davam etdirilir.

İndiyə kimi birinci, ikinci, üçüncü qrup xəstəliklər üzrə təyinatlar aparılıb. Sağlamlıq imkanları məhdud olan uşaqların sadəcə xəstəliyinə, gedişatına, yanaşı xəstəliklərlə bağlı ağırlaşmalar nəzərdə tutulub. Bunlar sadəcə olaraq qrup təyinatıyla həyata keçirilirdi”.

Xəbər 2094 dəfə oxunub.




14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +