AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


06.10.2017  09:28 

ATƏT-in sessiyasında erməni deputatla qalmaqal





A+  A-

ATƏT Parlament Assambleyasının Andorrada keçirilən payız sessiyasının bağlanışında bütün dünya bir daha erməni həyasızlığının şahidi olub.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, sessiyada çıxış edən erməni nümayəndə heyətinin üzvü yenidən Azərbaycan mətbuatında və dərsliklərində ermənilərin düşmən obrazında göstərildiyini qeyd edərək, ölkəmiz ilə Ermənistan arasında yanlış müqayisə aparmağa çalışıb. Moderatorun erməni deputatdan reqlamentə uyğun olmayan çıxışını bitirməsini tələb etməsinə baxmayaraq, o, öz nitqini söyləməkdə davam edib. Lakin moderatorun bir neçə kəskin xəbərdarlığından sonra erməni deputatın çıxışı dayandırılıb.

İsrarlı tələblərdən sonra bağlanış sessiyasının əvvəlində söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova vurğulayıb ki, sözdə sülhdən bəhs edən erməni deputatlar bu cür qeyri-ciddi iddiaları ilə sessiyanın gedişində gərginlik yaratmağa, müzakirə olunan vacib məsələlərin mahiyyətini kiçiltməyə, bununla da sessiyanın işinə maneə törətməyə cəhd edirlər: “Mən çox təəssüf edirəm ki, bizim konstruktiv müzakirələrimiz bu şəkildə bitməkdədir”.

Erməni deputatın iddialarına münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: “Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var. Ancaq biz burada polemika açıb mübahisə etmək niyyətində deyilik. İllər ərzində bu məzmunda qarşıdurmalar olmasına baxmayaraq, bu, heç vaxt müsbət nəticə verməyib. Buna görə də mən həmkarlarımızı vəziyyəti daha da gərginləşdirməyə təhrik edən çıxışlardan çəkinməyə çağırıram. Onsuz da onların təmsil etdikləri ölkənin nəzarəti altında olan Azərbaycanın işğal olunmuş ərazilərində və təmas xəttində daim bununla məşğuldurlar”.

Bahar Muradova daha sonra bildirib: “Əgər biz parlament ölçüsü olaraq ümumi səylərin gözlədiyimiz nəticəni verməsinə müsbət təsir edə bilmiriksə, onda heç olmasa əlavə problemlər yaratmayaq”.

Xəbər 1768 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +