Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


19.05.2017  12:08 

Vahid Əhmədov bir sıra nazirliklərin ləğvi anonsunu verdi





A+  A-

Fransanın yeni prezidenti Emmanuel Makronun özünün təyin etdiyi 22 nəfəri hökumətə daxil etmək qərarı ölkədə kəskin tənqidlə qarşılanıb. Fransızlar Makronu bədxərclikdə qınayırlar, çünki 68 milyonluq Fransada cəmi 16 nazirlik var.
Təxminən 10 milyonluq Azərbaycanda isə 19 nazirlik, 9 dövlət komitəsi və saysız-hesabsız müxtəlif növ xidmətlər var. İnzibati sistem SSRİ vaxtından, demək olar ki, dəyişilmədən saxlanılıb.

"İdarəetmə aparatı həddən artıq şişirdilib, buna görə də sürətli və çevik reaksiya göstərmək iqtidarında deyil. Təkcə nazirlikləri və menecerlər ordusunu azaltmağın yox, həm də dərin struktur islahatları aparmağın vaxtı çatıb”, - deyə Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub.

"Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur. Aparatın ixtisarı idarələrin biznes sferasına müdaxiləsi kimi iqtisadiyyat üçün çox zərərli problemi aradan qaldıracaq. Həmçinin regional icra hakimiyyəti orqanlarının işlərinə müdaxilə problemi də mövcuddur", - deputat vurğulayıb.

Vahid Əhmədov qeyd edib ki, Azərbaycanda doqquz iqtisadi zona var: "Bu zonaları inzibati ərazi vahidlərinə transformasiya etmək və regionlara iqtisadi, sosial inkişaf istiqamətlərində fəaliyyət azadlığı vermək lazımdır".

Deputat xatırladıb ki, keçən ilin sonunda baş nazirin müavini Əli Əhmədov KİV-də islahatların yeni konsepsiyasının hazırlandığı barədə açıqlama verib. Həmin konsepsiya çərçivəsində idarə sistemində də dəyişikliklər gözlənilir.

Qeyd edək ki, Əli Əhmədov onda demişdi: “Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir və optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir... Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.

(virtualaz.org)

Xəbər 1394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +