AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.05.2024  12:51 

Seçkidə iştirak etmək niyyətim yoxdur - Mirmahmud Mirəlioğlu





A+  A-

Son günlər növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdədir. Konstitusiyaya görə, parlament seçkiləri 5 ildən bir noyabr ayının ilk ongünlüyündə keçirilməlidir. Bu ilin noyabrında ölkəmizdə COP29-la bağlı vacib tədbirlər keçiriləcək ki, bu da parlament seçkiləri ilə eyni vaxta təsadüf edir. Bu səbəbdən parlament seçkilərinin vaxtının önə çəkiləcəyi, avqust-sentyabrda olacağı ilə bağlı fikirlər səslənir.

Sözsüz ki, yeni seçkilər parlamentin tərkibi ilə bağlı da məsələləri aktuallaşdırıb.

Artıq bir sıra partiya sədrləri seçkilərdə iştirak edəcəklərini indidən açıqlayıblar.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu danışıb. O, sədri olduğu partiyanın seçkidə iştirak edəcəyini açıqlayıb:

“Partiyamız seçkilərdə iştirak edəcək. Namizədlərimiz müəyyənləşməkdədir. Özümün seçkilərdə iştirak etmək məsələm isə birbaşa partiyadan asılıdır. Seçkilərdə iştirak üçün öz niyyətim yoxdur, amma partiyanın nə tələbi və qərarı olacaqsa, onunla da razılaşacağam”.


Xəbər 9195 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +