AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


22.04.2024  12:46 

Ermənilər Paşinyanın qədrini öləndən sonra biləcəklər





A+  A-

İndi heç bir erməni Paşinyanın yerində olmaq istəməz. Güllə atmadan 4 kəndi Azərbaycana qaytarmaq ürək tələb edir. Bu, hələ hamısı deyil. Düşmənin əlində daha 4 kəndimiz var. Allahın əsir mələyi olan Kərki yolumuzu gözləyir. Paşinyan bu kəndlərin hamısını Azərbaycana qaytaracaq. Öz əlləri ilə…

İrəvanda yenə ara qarışıb, məzhəb itib. Daşnakların özlərindən geri qalmayan tör-töküntüləri Nikolu Azərbaycana işləməkdə suçlayırlar. Sən demə, Ermənistan 31 il əvvəl işğal etdiyi kəndləri Azərbaycana qaytarmamalı imiş. Müqavimət göstərməliymiş, lazım gəlsə, müharibə etməliymiş.

Nəynən Alış?

Sizin necə “cəsur” olduğunuzu 44 günlük müharibədə gördük. Azərbaycan əsgəri ilk gülləni atanda məğlubedilməz erməni mifi dağıldı. Biz sizin necə “döyüşkən” olduğunuzu tankı qoyub, unitazı aparanda görmüşük. Yəqin ki, oxucularımız çaqqala oxşayan o erməninin sifətini xatırlayırlar. Kaftar unitazı elə qucaqlamışdı ki, elə bil doğma dədəsini bağrına basıb.

Güya bilmirsiniz ki, növbəti müharibə Ermənistanın tamamilə xəritədən silinməsinə gətirib çıxara bilərdi.

Bilirsiniz!

Anadoludakı qardaşlarımız demişkən, bal kimi bilirsiniz. Sadəcə, zəhər udmaq sizin vərdişinizdir…

Reallıqları dəyərləndirəndə aydın olur ki, Paşinyan ermənilərə pislik etmir. Bu xəstə təxəyyüllü milləti adam etmək istəyir. Onların gözünü açıb, adam sırasına qoşmaq istəyir. Bir millət nə qədər çürük ideyalarla yaşaya bilər? Başa düşürük, ermənidir, abır-həyasını çoxdan itirib, nə desən gözləmək olar. Amma axı zaman dəyişib. Daha heç kim yalançı gözyaşlarına inanmır.

Paşinyan ölkəsinin təcrid siyasətindən xilas olmasını istəyir. Paşinyan işğalçı damğasının Ermənistanın alnından silinməsini istəyir. Paşinyan erməni gənclərinin onlara aid olmayan torpaqlarda it kimi gəbərməsini istəmir. Paşinyan kommunikasiyaların açılmasını, Ermənistanın beynəlxalq layihələrdə iştirakını təmin etmək istəyir. Tarixdə heç bir hökümət başçısı erməni xalqına bu cür yaxşılıq etməyib.

Bilirsiniz, onu niyə söyürlər?

Çünki ermənilər yaxşılıq qanmır…

Bəlkə də Paşinyan öləndən sonra onun qədrini biləcəklər. Bəlkə də əbədiyyətə qədər goruna söyəcəklər.

Canları cəhənnəmə, özləri bilərlər. Bizə Qarabağ lazımdır, onu da almışıq.

Bizə Qazaxın işğal olunmuş kəndləri lazımdır, onu da alırıq.

Bizə anklav olan kəndlər lazımdır, onu da alacağıq.

Verməsələr, canlarını alacağıq…

Seymur VERDİZADƏ

Xəbər 6912 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +