AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


21.04.2024  14:13 

İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır





A+  A-

“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məxsus olan sözlər 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra bizə qayıdan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli Zəngilan, Qubadlı kimi, Azərbaycan xalqının 30 il ərzində inamını, ümüdünü də qaytardı. Artıq hamı və hər kəs bu şanlı epopeyanın davam edəcəyinə şübhə etmir, səbrlə gözləyirdi: Xankədinə qayıtmağı, Rusiya sülhməramlılarının çıxıb gedəcəyi günü, Qazaxın və Naxçıvanın işğal altında olan kəndlərinin dönəcəyini.

Lakin çox gözləməyə ehtiyac qalmadı. Cənab Prezidentin siyasət dərsliklərinə daxil olacaq “master klass”ları, Azərbaycana qarşı bloklaşan bədxah qüvvələri bir-bir bərtərəf edən ölçülüb-biçilmiş həmlələri qısa bir zamanda xalqın bu arzu-istəklərini də həyata keçməsini sürətləndirdi: ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatından sonra Xankəndi azad olundu. Separatçı erməni silahlıları Qarabağ torpaqlarından qaçdı. “Özgə atına minən tez düşər” atalar misalı, yerdə qalan bir ovuc etnik erməni də şələ-küləsini dalına alıb, torpaqlarımızı tərk etdi. Onların dalınca Rusiya sülhməramlıları da “bundan sonra bizim burada nə işimiz var” deyərək, öz ölkələrinə qayıtdılar.

Bütün dünyanın qlobal müharibə təhlükəsi ilə çalxalandığı bir vaxtda çox çətin və mürəkkəb olan bu proseslərin qansız-qadasız, topsuz-tüfəngsiz reallaşması tarix və diplomatiya elminin dərindən öyrənməli və təhlil etməli olduğu mühüm bir tədqiqat sahəsidir. Dəqiq olan isə birdir: Bunu yalnız dahi siyasətçilər bacara bilər.

Nəhayət bu gün Azərbaycan xalqı daha bir xoş xəbər aldı. Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündən sonra, tərəflər sərhədlərin delimitasiya prosesinin ilkin mərhələsi ilə bağlı konkret razılaşmaya nail olmuşlar. Bu isə o deməkdir ki, Qazax rayonunun 1991-ci ildən erməni işğalı altında olan 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycana qayıdır. Yenə də qansız-qadasız, topsuz-tüfəngsiz, Şəhid vermədən….

Gözün aydın olsun, Azərbaycan! Çox yaşa, Cənab Ali Baş Komandan!

Fərid Şahbazlı
Siyasi şərhçi


Xəbər 6864 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +