Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


25.10.2022  10:11 

2 mindən çox yük maşını sərhəddə keçid gözləyir





A+  A-

Qusar rayonunun “Samur” gömrük keçid məntəqəsində Rusiya Federasiyasına keçən nəqliyyat vasitələrinin uzun növbəsi yaranıb.

Gömrük keçid məntəqəsində 2 mindən çox yük maşını qarşı tərəfə keçmək üçün növbə gözləyir.

“Samur” gömrük keçid məntəqəsindən bildirilib ki, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Burada qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Yaranan sıxlıqla əlaqədar “Samur” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparır./AzərTAC/

Xəbər 2666 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +