Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


09.07.2022  15:06 

Qurban kəsim yerlərində RƏZALƏT... - AQTA hara baxır?





A+  A-

Bu müqəddəs gündə birbaşa şahidi olduğum hadisə ilə bağlı narahatlığımı bölüşməyi zəruri hesab edirəm.

Quban bayramı ilə əlaqədar onlayn qurban sifarişlərinin təşkilinə görə Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığımı bildirirəm. Dogurdan da istəyən şəxs onlayn formada müvfiq ünvalar üzrə kiçik məbləğdə beh ödəməklə rahat şəkildə qurbanlıq sifarış verir və Qurban bayramı günləri həmin ünvana gələrək heyvanlar arasından sifarişinə uyğun qubanlıq seçir!

İndi məsələnin ikinci və çox vacib məqamı da var ki, bu da vətəndaşın qurbanlıq üçün seçdiyi heyvanı kəsdirməsidir.

Artıq bu proses Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının tabeçiliyi və nəzarətinə keçir! Və əsil mərəkə də elə buradan başlayır.

Qurban kəsim yerlərində rəzalət başlayır!



Tam antisanitariya...

Kəsilən heyvanların başları, ayaqları, bağırsaqları, dərisi... - hərəsi bir tərəfə atılıb!

Hər tərəfdə qan su yerinə axır...

Qəssablar hərə bir formada (xalatsız və müvafiq geyimsiz), müştərilər bilavasitə kəsim yerlərində, azyaşlı üşaqlar və s.

Bilmək olmur ki, müştəri kim, qəssablar kim və azyaşlı uşaqlar burada nə işi var!

Ümümiyyətlə isə Qida Təhlükəsizliyi Agentliyi əmakdaşları ətrafda gözə dəymir!

Niyə Qida Təhlükəsizliyi Agentliyini əməkdaşları yoxdur?! Məncə cavabı məlum olan suallardandır!



Bir çox hallarda hökümətin yaxşı təşəbbüslərinə bəzi təsisatların bu davranışları neqativ münasibətin yaranmasına gətirir!

Əliməmməd Nuriyev

Xəbər 3266 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +