Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


06.07.2022  15:59 

Təkcə Sahil Babayevmi?





A+  A-

“Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o, müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib".

Sahil Babayevin nazirliyi müğənni Roza Zərgərlinin oğluna ev verilməsininin səbəbini belə izah edib. Ona görə Sahil Babayevin nazirliyi yazıram ki, bu dövlət qurumu həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olsaydı, o zaman mənzillə təmin olunmaq, normal pensiya və müavinət almaq hüququ olan yüzminlərlə insanımız haqlarının bərpası üçün olmazın əziyyətini çəkərkən, adı ancaq qalmaqallarda hallanan hansısa şou-biznes nümayəndəsinin oğulluğuna ev verməzdi.

Sahil Babayev əsas vəzifəsi xalqa xidmət olan dövlət qurumunu şəxsi obyekti kimi gördüyü üçün bu qədər problemlər yaşayırıq.

Təkcə Sahil Babayevmi? Əlbəttə ki, xeyr!

Bu hakimiyyət nə zamana qədər belə keyfiyyətsiz, hər addımı, açıqlaması ilə xalqda hiddət, ikrah, qəzəb doğuran kadrlarını qorumağa, bəsləməyə davam edəcək?

Yəni, bu hakimiyyətdə həqiqətən durumun ciddiliyini anlayan insan yoxdurmu?

Gülşən Hacıyeva

Xəbər 3174 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +