Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


20.12.2020  16:34 

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi davam edir” - Türkiyə MN





A+  A-

Azərbaycanın Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi davam edir.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

“Türkiyə və Rusiyanın Azərbaycanda baş verən hadisələrlə bağlı imzaladıqları memoranduma uyğun olaraq, atəşkəs rejiminə nəzarət və monitorinqi üzrə Mərkəzin tezliklə işə salınması istiqamətində addımlar atılır. Müvafiq səylər Azərbaycan və Rusiya ilə əlaqələndirilir”, - məlumatda deyilir.

Bundan başqa, Azərbaycan Ordusuna dəstək məqsədilə 135 personaldan ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Ümumi sayı 64 nəfər olan 15 türkiyəli ekspert qrupu isə ərazilərini minalardan təmizləməsi üzrə Azərbaycan hərbçilərinə təlim keçir.

“Türkiyə bundan sonra da “Bir millət - iki dövlət” şüarı altında qardaş Azərbaycana dəstəyini davam etdirəcək”, - məlumatda vurğulanır.

Xəbər 4002 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +