Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


06.03.2019  13:56 

Sabahkı hava narahatlıq yarada bilər





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 martda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 də isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, axşam dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər 3023 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +