Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


13.10.2017  17:43 

İraq ordusu Kərkükü almaq əməliyyatına başladı





A+  A-

İraq ordusu Kərkükü peşmərgədən almaq üçün hərəkətə keçib. Gözlənilən hücumun qarşısının almaq üçün on minlərlə peşmərgə qüvvələri həyəcan siqnalıyla ayağa qaldırlaraq, regiona göndərilib.
AFP xəbər agentliyi nufuzlu İraq generalarrından birinin informasiyası əsasında İraq ordusunun artıq Kərkükü geri almaq üçün əməliyyata başladığını iddia edib. Adı açıqlanmayan həmin general deyib: "2014-cü ilin iyun ayında yaşanan hadisələr zamanı İraq ordusunun itirdiyi bölgələri geri almaq üçün əməliyyat başlayıb”.

İraq Kürdüstan Regionu Administrasiyasının (İKRA) başçısının müavini Kosret Rəsul isə verdiyi açıqlamada İraq ordusunun mümkün əməliyyatına qarşı on minlərcə peşmərgə qüvvəsinin Kərkükə göndərildiyini təsdiqləyib.

Nüfuzlu "Reuters" xəbər agentliyi də bölgəyə peşmərgələrin göndərildiyini xəbər verib və onların sayını "on minlərlə” ifadə edib.

Xatırladaq ki, 2014-cü ilin iyun ayında İŞİD-in İraq hökumətinə bağlı olan bölgələri ələ keçirməsindən sonra bu bölgələrin bir qismi İKRA hakimiyyəti tərəfindən geri alınmışdı.

Kürdlərin "Rudaw" agentliyi isə dünən gecə İraq ordusunun intensiv hərəkətliliyinin müşahidə olunduğu xəbərini yayıb. Agentlik bildirib ki, gecə boyunca İraq hərbi qüvvələri peşmərgə mövqelərinin bir neçə kilometrliyində yerləşib.

Xəbərlərdə o da bildirilir ki, İraq ordusu və "Haşdi Şabi" birliklərinin Kərkük ətrafında cəmlənməsinin ardından bölgədə gərginlik xeyli yüksəlib və belə bir ərəfədə İKRA başçısı Məsud Bərzaninin oğlu Mənsur Bərzani də silahlanaraq Kərkükə gəlib.

Ərəb və türkmən komandirlərinin də Kərkükə toplaşdığı və indi Kərkükün, sanki, komananların güc nümayişi meydanına çevrildiyi xəbər verilir.

(strateq.az)

Xəbər 3115 dəfə oxunub.



12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +