Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


20.08.2025  12:01 

Məktəbli qızları zorlayıb qətlə yetirən şəxsdən xəbər var





A+  A-

Çelyabinsk vilayətinin Zlatoust şəhərində məktəbli qızları zorlayıb qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən Nikolay Mozqlyakov “Qütb bayquşu” cəzaçəkmə koloniyasından başqa birinə köçürülməsini xahiş edir.

XəzərNews.az xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin iş materiallarında deyilir.

"O, Qütb Bayquşundan transfer tələb edir. Və mənəvi ziyana görə kompensasiya tələb olunur", - iş materiallarında deyilir.

Ötən il Mozqlyakov Moskvanın Zamoskvoretski Məhkəməsinə də analoji vəsatətlə müraciət etmişdi. Lakin onun vəsatəti rədd edilib və məhkum daha sonra apellyasiya şikayəti verib və ona indi Moskva Şəhər Məhkəməsi baxacaq.

Ömürlük azadlıqdan məhrum edilənlər üçün “Qütb bayquşu” cəzaçəkmə koloniyası Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndində yerləşir. Koloniyada təxminən 450 nəfər yaşayır.

2008-ci ildə Çelyabinsk vilayət məhkəməsi Mozqlyakovu məktəbli qızları zorlamaq və öldürməkdə ittiham edərək xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük həbs cəzasına məhkum edib. Dəhşətli hadisə aprelin 1-də Zlatoustda baş verib. Mozqlyakov üç qızı pusquda saxlayıb və qəbiristanlığın kənarında onlara təcavüz edib, sonra çoxsaylı bıçaq xəsarətləri yetirib. Qızların ən kiçiyi sağ qalıb, qatil bunu fərq etməyib.

Xəbər 1215 dəfə oxunub.



12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +