Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


28.07.2025  18:14 

Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı





A+  A-

Qazax rayonunda Azərbaycanın Baş naziri Əli Əsədovun adından saxta sənəd hazırlayan sahibkar məhkəmə qarşısına çıxarılıb.

XəzərNews.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü, Qazax şəhərində anadan olmuş fərdi sahibkar Mikayıl Hüseynovun (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə açılmış cinayət işinə açıq məhkəmə baxışı keçirilib.

İstintaqla müəyyən edilib ki, Mikayıl Hüseynov Qazax şəhəri, Nəriman Nərimanov qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ona məxsus olan 3 hektar təsərrüfat təyinatlı torpaq sahəsini satmaq qərarına gəlib. O, torpağın 15 sotunu İlham adlı şəxsə satmaq üçün razılığa gəlib. Qiymət sot başına 1000 manat olmaqla, ümumilikdə 15.000 manat müəyyən edilib.

Razılaşmaya əsasən, Mikayıl Hüseynov torpağın sənədlərini hazırlamaq üçün İlhamdan ilkin olaraq 5.000 manat nağd pul və əlavə olaraq 4.250 manat dəyərində "Vertu" markalı mobil telefon alıb. Lakin iki il keçməsinə baxmayaraq, torpağın sənədləşmə işləri həyata keçirilməyib.

Zərərçəkmiş şəxs sənədləri tələb etdikdə, Mikayıl Hüseynov dələduzluğa əl ataraq guya torpağın təyinatının dəyişdirilməsini təsdiqləyən, Baş nazir Əli Əsədovun adından hazırlanmış saxta sənədin şəklini göndərib.

Məhkəmənin hökmü ilə Mikayıl Hüseynov 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron nəzarət qolbağı ilə yaşayış yerini tərk etməmək şərtilə azadlıqda qalacaq.

Xəbər 1132 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +