Təyyarəyə kənar müdaxilə ehtimalı varmı?
Rektor Varşava Universitetində çıxış edəcək
72 klinikada nöqsanlar aşkarlandı
Ukrayna Rusiyanın neft zavoduna hücum edib
Ruslar Zaporojyada üç kəndi ələ keçirdi
Ərdoğan: “Rəbbim şəhidlərimizə rəhmət eləsin”
Dumanlı hava şəraiti 3 gün davam edəcək
Təyyarə qəzasında olan heyət açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama


19.06.2025  11:59 

İSRAİL – İRAN müharibəsinin görünən və görünməyən tərəfləri





A+  A-

İsrail – İran müharibəsi artıq bir həftədir ki, davam edir. Hər iki tərəfdən günahsız insanlar qurban gedir, abad şəhərlər viran edilir. Təbii ki, tərəflər ölənlərin və xəsarət alanların sayını azaldır, olanların yarısını mətbuata çıxarır. Bu məlumatlara görə, İran tərəfdən ölənlərin sayı minə, yaralanların sayı 10 minə yaxınlaşır. İsrail tərəfdən isə, bu faciəvi statistika 10 dəfə azdır...

Xüsusi olaraq vurğulamaq lazımdır ki, tərəflər dayanmaq və danışmaq yolunu heç fərziyyə kimi də qəbul etmirlər. Bir az ədalətli və cəsarətli olsaq, hər şeyi öz adı ilə şağırsaq, bir ölkənin müharibə elan etmədən o biri ölkəni bombalaması, alimlərini, hərbçilərini gecə yatdığı yerdə, ailələri ilə birgə qırması terror hadisəsidir. Odur ki, İran tərəfin aqressivliyi başa düşüləndir. İsrail də öz tələblərini artırmaqda davam edir, artıq qarşı tərəfin nüvə tədqiqatlarını dayandırması ikinci plana keçir, İranın tam kapitulyasiyası və rejiminin dəyişdirilməsi kimi absurd tələblər eşidilir.

İsrailin əsas müttəfiqi olan ABŞ bu tələbləri dəstəkləyir və əks təqdirdə, müharibəyə müdaxilə edəcəyini və İranın nüvə obyektlərini darmadağın edəcəyini gizlətmir. ABŞ-n müharibəyə qoşulacağı vəı İranın nüvə obyektlərini dağıdacağı təqdirdə regionu hansı faciələr gözləyir – bunlar heç kimi maraqlandırmır. Amerika bu yolu tutarsa, regionda 2-ci Çernobıl fəlakətinin yaşanacağı, 100 minlərlə insanın tələf olacağı isə, heç kimdə şübhə doğurmur. Artıq İranda və İsraildə humanitar fəlakətlər yaşanır, birincidə insanlar var-yoxlarını qoyub ölkədən qaçır, ikincidə isə qorxa-qorxa yerin altında yaşayır...

Bunlar İsrail – İran müharibəsinin görünən tərəfləridir, amma görünməyən tərəfləri də var. Məlum olduğu kimi, İranın molla rejimi 1979-cu ildən bəri, 50 ildir ki. öz əhalisinə qan uddurur. Əvvəl İran – İraq müharibəsi, qırğınlar, sonra qadağalar, kasıbşılıq və məhrumiyyətlər. İndi də ayağa duranı, haqqını tələb edəni ya öldürürlər, ya da türmədə çürüdürlər. Bir sözlə İranın məzlum xalqları molla rejimini məhrumiyyətlərini yaşayıb, alışıb, indi də müharibə məhrumiyyətlərinə dözür və alışır, dözməyənlər qaçır. Amma komfort həyat istəyən, dünyanın hər yerindən bu həyata görə bu ölkəyə gələn İsrail əhalisi bu məhrumiyyətlərə, əziyyətlərə dözəcəkmi?!

Bəli, bu müharibənin əsas suallarından biri də budur. İsrail əhalisi artıq iki ildir ki, müharibə dəhşətlərindən əziyyət çəkir. Paytaxtda və böyük şəhərlərdə insanların ömrünün yarısı yerin altında keçir. Əvvəllər ancaq girovlar problemi vardı, indi isə, ölənlər və yaralananlar hər gün çoxalır, insanları evləri, həyatı dağılır, övladları qırılır.

Artıq İsrailin müxalifət partiyaları da hərəkətə keçiblər və Natanyahu rejiminə qarşı hücuma keçiblər. İnsanlar müxalifəti daha çox eşidirlər və müharibə şəraitində yaşamaq istəmirlər. Natanyahu da siyasi varlığının sona yetdiyini bilir və qanlı müharibələrdən əl çəkmir.

ABŞ-da da vəziyyət dəyişir. Məlum olduğu kimi, Donald Tramp beynəlxalq iddialardan əl çıkmək və amerikalıların maraqlarına xidmət etmək şüarları ilə hakimiyyətə gəlib. Amerika xalqı buna görə onu dəstəkləyir, Tramp da buna görə beynəlxalq münaqişələrə girişmək istəmir. İndi onun İsrail – İran müharibəsinə birbaşa müdaxiləsi Amerikada necə qarşılanacaq? Axı, müharibə çox bahalı biznesdir, bu, milyardlarla pul, minlərlə qırılan insan deməkdir. Axı, bu müharibə hər gün neftin qiymətini qaldırır və ABŞ-ın iqtisadiyyatına zərbə vurur. Axı, neftin qiymətləri qalxdıqca, Rusiya güclənir və ABŞ-ı qətiyyətlə rədd edir. Donald Tramp bu problemləri yaratmaq istəyirmi, davam gətirə biləcəkmi?!

Bəli, cavabsız suallar çoxalır, problem is, bizim qapıya yaxınlaşır. Sabah regionda Çernobıl faciəsi yaranarsa, yaşansara, biz hara qaçacağıq?!

Qalib ARİF

Xəbər 4714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +