Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


03.04.2018  09:06 

“Məmmədyarov hamıdan çox bu vəzifədə olub”





A+  A-

“Xarici İşlər Nazirliyində yetərli, lazımi səviyyədə peşəkarlığa sahib insanların çox olmasına baxmayaraq, bunlar işə cəlb olunmur. Yəni problemlər kifayət qədər çoxdur. Vaxtilə demişəm ki, kadr siyasətində də səhvlər var. Elmar Məmmədyarov hamıdan çox bu vəzifədə olub. Heç kəs ömürlük nazir ola bilməz. Bu baxımdan bəlkə də vaxt gəlib çatıb ki, onun yerinə daha təşəbbüslü, gənc birisi gəlsin və bəzi məsələləri öz fikirləri, baxışları, iş üslubları ilə həll etsin”.
XəzərNews.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Zülfüqarovun fikrincə rotasiya nazirlikdə də olmalıdır: “XİN rəhbəri ola biləcək, lazımı biliklərə, təcrübələrə sahib şəxslər Azərbaycanda kifayət qədər var. Nazirliyin özündə də belə şəxslər az deyil. Digər tərəfdən, səfirliklər korpusu da bu sarıdan zəngindir, səviyyəli diplomatlar mövcuddur. Seçim ediləcək, prezidentin qərarı əsasında nazir müəyyənləşəcək. İstənilən halda yeni bir şəxs olmalıdır ki, problemlərlə təzədən məşğul olsun. Yaşa görə daha gənc, təşəbbüskar, fəal insan olsa, çox yaxşı olardı”.

Sabiq XİN rəhbəri seçkilərdən sonra E.Məmmədyarovun yeni hökumətdə təmsil olunmayacağı ilə bağlı gedən müzakirələrə də münasibət bildirib: “Kiminsə şəxsiyyəti barədə nəsə demək fikrim yoxdur. Bu ayrı bir məsələdir. Hər kəsin öz bacarığına, zəhmətkeşliyinə görə bu və ya digər formada mövqeyi ola bilər. Hər halda, təəssüflə qeyd etmək olar ki, Elmar Məmmədyarovun Rusiyanın xarici işlər naziri ilə olan isti münasibətləri bizim xeyrimizə deyil, ziyanımıza oldu. Hər halda, gözləntilər belə idi ki, bu münasibətlər, illərlə davam edən tanışlıq xeyrimizə olacaq. Amma əks vəziyyət yarandı. Bizə verilən təkliflər ildən-ilə daha sərt, daha ermənipərəst olur. Bunlara da lazımi cavablar verilmədiyi üçün bizə qarşı münasibətlər getdikcə daha da sərtləşir. Onun sonuncu təklifi barədə danışmışam. Bu səhvlər getdikcə artır. Dağlıq Qarabağ məsələsi Azərbaycanın xarici siyasətində ən ümdə məsələdir. Dövlət başçısına lazımi səviyyədə dəstək lazımdır. Təəssüflər olsun ki, bu hələ ki belə deyil. Hazırda məsələ o yerdədir ki, Məmmədyarovun istefası müzakirə şəklindədir. Nəticələri şərh etmək üçün bizim yetərincə zamanımız olacaq. İnanıram ki, Azərbaycan ictimaiyyətinə buna aid daha obyektiv, təvazökar məlumatlar veriləcək. Hər bir insana bu və ya digər formada qiymət veriləcək. Çünki hər şey göz qabağındadır”.

Xəbər 3610 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +