Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


30.11.2025  12:03 

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı





A+  A-

Sabiq deputat, Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldığını açıqlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

G.Hacıbəylinin sözlərinə görə, İstanbulda kirayədə yaşadığı mənzildə Türkiyə təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq polisə aparılıb:

“Oğlumla birlikdə evdə olduğumuz vaxt qapını döydülər. Əmniyyət əməkdaşları məni karakola aparacaqlarını bildirdilər. Türkiyəyə 25 sentyabrda gəlmişəm, qalma müddətim bitməyib, iki illik oturma iznim də var”, – o qeyd edib.

Keçmiş deputat bildirib ki, saxlanılması ilə bağlı ona hər hansı səbəb izah edilməyib. Onun sözlərinə görə, sabah iştirak etməli olduğu İELTS imtahanına gedəcəyi barədə müraciətinə də müsbət cavab verilməyib.

O, həmçinin qeyd edib ki, saxlanılması siyasi sifarişdi və Ramiz Mehdiyevlə bağlı ola biləcəyini bildirib:

“Ramiz Mehdiyevlə əlaqəsi olandan şərəfsiz adam yoxdur. Günahsız olduğum halda məni şərləyənləri Allaha tapşırıram”.

Qeyd edək ki, dünən AXCP sədri Əli Kərimli də DTX tərəfindən saxlanılıb. Məlumatlara görə, ona qarşı irəli sürülən ittihamlar “hakimiyyəti zorla ələ keçirməyə cəhd” maddəsi və digər əlaqəli epizodlarla bağlıdır. Faktla bağlı istintaq davam edir.

Xəbər 1411 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +