Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


17.11.2025  16:43 

Baş nazirin birinci müavini istefa ərizəsi yazıb





A+  A-

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev istefa ərizəsi yazıb.

XəzərNews.az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, noyabrın əvvəlində vəzifədən azad olunması üçün rəhbərliyə müraciət edib.

Hələlik E.Əliyevin ərizəsi qəbul olunmayıb. Bunun əsas səbəbi isə hazırda onun Naxçıvan Muxtar Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etməsidir. Muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyinat alıb.

Naxçıvan Nazirlər Kabinetinin rəhbərliyində isə iki şəxs təmsil olunur: Baş nazir və onun birinci müavini. Hazırda quruma Elşad Əliyev rəhbərlik edir. Muxtar respublikaya yeni Baş nazir təyin olunduqdan sonra onun istefa ərizəsinin qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 12-də Elşad Əliyevin 65 yaşı tamam olub. Onun istefa ərizəsi yazması da dövlət qulluğunda xidmətin son yaş həddinə çatması ilə bağlıdır.

Xatırladaq ki, Elşad Məmmədqulu oğlu Əliyev 1960-cı ildə anadan olub. 2002-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra Hakimiyyətinin başçısı, 2013-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrində işləyib. 2018-ci ildə muxtar respublika Baş nazirinin birinci müavini təyin olunub. Bununla bağlı sərəncamı Naxçıvan Ali Məclisinin o zamankı sədri Vasif Talıbov imzalayıb.

Xəbər 1675 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +