Zeynəb Xanlarova ilə bağlı iddia: Ermənipərəst müğənnini Bakıya gətirir
İmtahan saxtakarlığı: Pinəçi də istintaqa çağırıldı – Detallar
Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb


10.12.2025  17:08 

“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət





A+  A-

Bir qrup vətəndaş "Faktor Lizinq" şirkətinin fəaliyyətindən narazıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a şikayətlər daxil olub.

Onların sözlərinə görə, şirkətin meneceri Ehtiram Əliyev vətəndaşların evini əllərindən alıb.

Şikayətçi Sevda İsgəndərova bildirib ki, sözügedən şirkət qızına məxsus əşyalı evi darmadağın edib:

"Onlar mənə 30 min dollara qrafik açdılar. 1 il 7 ay qrafik üzrə ödəniş etdim. Sonra məni məhkəməyə verdilər. Bizim iştirakımız olmadan qızımın əşyalı evini darmadağın etdilər. Bu gün də həmin əşyaların harada olduğunu bilmirəm. Mənə "kimə istəyirsən de. Səni də, övladlarını da, kürəkənini də məhv edəcəyəm" dedi".

Digər şikayətçi Vüqar Abbasov isə vurğulayıb ki, Ehtiram Əliyev prezident tərəfindən atasına hədiyyə edilmiş evi əlindən alıb:

“Ehtiram Əliyev mənimlə birlikdə yüzlərlə insanın evini qanunsuz şəkildə əlindən alıb. “Faktor Lizinq” şirkətinin rəhbəridir və 9 saylı notariusda, Rəşadət Sadıqovun yanında maxinasiyalar edib. O, insanların evlərini bir-bir tələyə salır. Mən 105 min manat pul götürmüşdüm, 400 min manatlıq evimi əlimdən aldı. Həmin evi 2007-ci ildə atam veteran futbolçu Elbrus Abbasova cənab prezident hədiyyə etmişdi. Ona görə də evi satmaq istəmədim. Bu gün mənimlə bərabər yüzlərlə insan çöldədir. Biz hər gün bütün kanallara gedib Ehtiram Əliyevlə bağlı şikayətlər veririk. Mənzil hüququmuzdan məhrum edilərək, körpə uşaqlarla küçələrdə qalmışıq”.

Ehtiram Əliyev isə sadalanan iddiaların əsassız olduğunu bildirib:

"Biz haqqımız olanı almışıq. Sevda İsgəndərovaya tərəfimizdən 10 il əvvəl vəsait ayrılıb. Onun evi təxminən borclu olduğu məbləğə satılıb. Mənə hər şeyi rüşvətlə aldığımı dedi. Ona cavab olaraq "bəli, siz elə bilin ki, mən bütün məhkəmələrə rüşvət vermişəm" dedim".

Xəbər 830 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +