Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


18.01.2021  17:12 

Rusiyanı tərk etmələri üçün 14 gün vaxt verildi





A+  A-

Rusiya Niderland səfirliyinin iki əməkdaşını ölkədən çıxarır.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya diplomatik xidmətinin rəsmi saytı məlumat yayıb.

Bundan əvvəl Niderlandın Rusiyadakı müvəqqəti işlər vəkili Yoost Reyntyesin Rusiya Xarici İşlər Nazirliyinə çağrıldığı və Niderlandda iki rus diplomatının əsassız olaraq “persona non grata” elan edilməsi ilə əlaqədar etiraz bildirildiyi ortaya məlum olub.

“Bu dostyana olmayan və təxribat xarakterli addım, habelə hökumətyönümlü medianın köməyi ilə Haaqa tərəfindən təşkil edilən yeni anti-Rusiya isteriyası dövrü, Niderland hökumət dairələrində sağlam düşüncənin olmamasını, Rusiya-Niderland münasibətləri çərçivəsində real problemlərin başa düşülməməsi və bu münasibətlərin təməllərinin qəsdən pozulmasına meyllərin olduğunu göstərdi”,- deyə açıqlamada qeyd olunub.

Moskvanın qarşılıqlı əlaqə prinsipinə əsaslanaraq, Niderland səfirliyinin iki əməkdaşını ölkədən çıxarmaq qərarına gəldiyi ifadə edilib. Onlar 14 gün ərzində Rusiyanı tərk etməli olacaqlar.

Xatırladaq ki, dekabr ayının əvvəlində Hollandiya hakimiyyəti Rusiya Federasiyasından olan iki diplomatı casusluqda ittiham etmiş və onları “persona non qrata” elan etmişdi. Rusların diplomatik statusu kamuflyaj kimi isifadə etdiyi, əslində isə həmin şəxslərin Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin zabitləri olduğu bildirilib.

Rusiya səfirliyi isə Niderlandın diplomatların qanunsuz hərəkətlərinə dair heç bir sübut təqdim etmədiyini açıqlayıb.

Xəbər 3988 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +