Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


25.09.2017  14:46 

Azərbaycanlı rəsmilərdən İraqdakı referenduma sərt reaksiya





A+  A-

İstanbul şəhərində "Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfrans keçirilir.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə Dini İşlər Vəqfi və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət, Mədəniyyət Tədqiqatları Mərkəzi – İRCİCA da dəstək verir.

Toplantının açılışında çıxış edən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə DAEŞ və digər terror təşkilatlarına qarşı mübarizədə islam həmrəyliyinin böyük rol oynadığını deyib: "Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20%-i erməni işğalı altında olan Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi”.

A. Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb. O, FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə qarşı başda prezident Əliyev olmaqla, Azərbaycan xalqının tam həmrəy şəkildə Türkiyə dövlətini dəstəklədiyini xatırladıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini ekstremizmin və terrorun qarşısının alınması üçün "dində vəhdət və birlik” ideyasını həyata keçirdiklərini söyləyib. Bu ideyanı ölkədə və bölgədə uğurla həyata keçirdiklərini diqqətə çatdıran M. Qurbanlı bu istiqamətdəki təşəbbüslərini dünya miqyasında davam etdirəcəklərini vurğulayıb.

Türkiyə baş nazirinin dini işlərə cavabdeh müavini Bəkir Bozdağ çıxışında bu toplantını "bir millət, iki dövlət” arasındakı həmrəyliyin və eyni mədəniyyətdən bəslənən insanların bir-birinə daha çox yaxınlaşmalarının örnəyi kimi gördüyünü deyib. O, konfransda iştirak edən elm adamlarına müraciət edərək "DEAŞ, FETÖ, "Boko Haram” kimi terror təşkilatlarını aradan çıxarmaq üçün ən böyük vəzifə sizin üzərinizə düşür. "Quran”ı, peyğəmbərimizin həyat və fəaliyyətini, düzgün hədisləri insanlara çox dərindən öyrətməliyik. Terror təşkilatları kimi bir zəhərə qarşı biz sadəcə elm, kitab, "Quran” yoluyla mübarizə apara bilərik”, - deyə B. Bozdağ vurğulayıb.

Konfrans elm və din adamlarının çıxışları ilə davam edib.

Xəbər 3391 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +