Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


12.07.2017  14:57 

Qənirə Paşayeva Makedoniya prezidentinə erməni vandalizmindən danışıb





A+  A-

Millət vəkili Q. Paşayeva Makedoniya prezidenti və Birinci Xanımı ilə görüşüb.
İspaniyada keçirilən beynəlxalq forum çərivəsində millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti Georgi İvanov və Birinci Xanım Maya İvanova ilə görüşüb.

Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir və bütün sahələrdə əməkdaşlıq genişlənir. O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Millət vəkili Makedoniya prezidenti ilə görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından,beynəlxalq ictimaiyyətin bununla bağlı etiraz səslərini ucaltmasının artmasının vacibliyindən danışıb.

Makedoniya prezidenti G. İvanov Azərbaycana səfəri, səfər çərçivəsində önəmli müzakirələrin aparıldığını xüsusi vurğulayaraq Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib. Azərbaycan prezidenti İlham Əliyevlə gözəl dostluq və əməkdaşlığın əlaqələrimizin daha da inkişafına təkan verəcəyinə inanıram deyən Makedoniya prezidenti iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində millət vəkilləri, QHT və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük önəm daşıdığını vurğulayıb.

Millət vəkili Q.Paşayeva Makedoniyanın Birinci Xanımı Maya İvanovaya ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu xüsusi vurğulanıb.

Xəbər 3077 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +