Əli Əsədov Oleg Belozyorov ilə görüşdü
Qızıma müəyyən bənzərliyi olsa da... - Xanım deputat
ABŞ-da Uitkoff qalmaqalı: İstefaya göndəriləcəkmi?
Jurnalist Fateh Altaylıya hökm oxundu
“ATV“ kanalına xəbərdarlıq edildi - Səbəb?
Pakistanın keçmiş baş naziri İmran Xan öldürülüb
Deputatın qızı xristianlığı qəbul edib?
Azərbaycanın tələbi ilə dəyişiklik etməyəcəyəm - Tatoyan
Binəqədidə marketlərdən quldurluq ediblər
Qurban Qurbanov ölkədən çıxan kimi.... - AFFA iclas keçirir


31.08.2023  11:43 

Baş katib: “Ukraynalılara kömək edirik, dəstəkləyirik, amma...”





A+  A-

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu yüksək qiymətləndirib.

XəzərNews.az xəbər verir ki, bu barədə o, CNN-ə müsahibəsində deyib.

"Ukraynalılar tədricən mövqe qazanırlar, bu o deməkdir ki, onlar rusları geri otuzdurur, bəzi möhkəmləndirilmiş əraziləri, o cümlədən minalanmış əraziləri yarmaq iqtidarındadırlar. Bu ağır döyüş, gərgin mübarizədir və qələbəyə gedən yol asan deyil. Lakin onlar mövqelərini geri alırlar”, - NATO baş katibi bildirib.

O vurğulayıb ki, hazırda Qərb tərəfdaşları üçün Ukrayna ordusuna dəstək vermək daha vacibdir:

"Bu çətin və sərt qərarları qəbul edən ukraynalılar, onların döyüş meydanındakı komandirləridir. Biz onlara etibar etməliyik. Məsləhət görürük, kömək edirik, dəstəkləyirik, amma sonda bu qərarları ukraynalılar verməlidir”.

Stoltenberq xatırladıb ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalının əvvəlində ekspertlər Ukraynanın cəmi bir neçə gün və ya həftə davam edəcəyinə inanırdılar, lakin Ukrayna hərbçiləri ölkənin şimalını, Kiyev və Xarkov vilayətlərini azad edib və indi daha böyük uğurlar əldə edirlər.



Xəbər 2652 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +