Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı
Ermənistan KTMT-dən de-fakto uzaqlaşıb - Politoloq
Özünü yandıraraq keçiddən atmaq istədi
Qəza: Avtomobil göyə uçdu - Video
“TikTok“da qeyri-etik paylaşımlar edən saxlanılıb
Pozğun bir ailənin üzvləri kimiyik... - Aqşin Yenisey


11.01.2023  13:31 

İnquşlar Rusiyadan ayrılmaq istəyir





A+  A-

Yanvarın 7-də bir qrup inquş əsilli şəxs qardaş Türkiyənin İstanbul şəhərində bir araya gələrək İnquş Azadlıq Komitəsi adlı qurumda birləşdiklərini bəyan edib.

Xəbəri Kavkaz.Realii saytı yayıb.

Xəbərdə bildirilir ki, Komitəyə inquş millətindən olan müstəqil ictimai-siyasi fəallar daxildir. Qurumun əsas məqsədi inquş cəmiyyətini azadlıq və müstəqillik ideyaları ətrafında birləşdirməkdir. Son məqsəd isə müstəqil İnquşetiya dövlətinin qurulması üçün əsaslara nail olmaqdır.

Komitə təhlükəsizlik tədbiri kimi hələlik üzvlərinin adını ictimailəşdirməmək qərarına gəlib. Eyni zamanda o da bildirilib ki, digər Qafqaz xalqları ilə də iş birliyi var və mümkündür.

Müzakirələr zamanı iştirakçılar İnquşetiyanın Rusiyanın işğalı altında olmasına diqqət çəkərək müstəqillik üçün dəqiq istiqamətlərlə bağlı fikir mübadiləsi ediblər.

Sonda Komitə üzvü Axmad Ozdo qəbul edilmiş ortaq sənədi səsləndirib.

Sənədə görə, inquşlar Rusiya İmperiyası, SSRİ və Rusiya Federasiyası dövründə etnik ayrıseçkiliyə və istibdada məruz qalıblar. Ona görə də bundan sonra heç bir halda Rusiyanın tərkibində qala bilməzlər.

Sənəddə Ukrayna ilə bağlı prosesə də toxunulub və inquşlar Rusiyanın işğal siyasətində məsuliyyəti bölüşmədiklərini bəyan ediblər./Bayraqdarinfo.az



Xəbər 2571 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb

26.11.2025  12:22 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +