Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı


22.04.2020  17:21 

Azərbaycanda 18 yaşı olmayan qızla ailə quran həbs oluna bilər





A+  A-

Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədilə Cinayət Məcəlləsinin 152-ci maddəsinin adında “on altı yaşına” sözlərinin “on səkkiz yaşına” sözləri ilə əvəz edilməsini təklif edir.
XəzərNews.az xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatında qeyd olunub. Ombudsman həmçinin, maddənin qeyd hissəsinin həmin məcəllədən, eyni zamanda, Ailə Məcəlləsinin 10.2-ci maddəsinin Məcəllədən çıxarılmasını təklif edir.

Qeyd edək ki, 10.2-ci maddənin tələbinə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

CM-in 152-ci maddəsində isə yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə öz əksini tapıb. Bu əmələ görə şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəbər 2595 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +